Adını yazmışam məhəbbətimnən
Qəlbimdən bir arzu, bir dilək keçir,
Deyim: - Dəniz kimi çalxalanım mən.
Ürək həsrətinə dözmür, tab etmir,
Vüsalı çox gördün, mənə yəni sən...?
...
Bu sabah yamanca düşdün yadıma,
Bir az ərköyünlük edib, naz atdım.
Baxışın can verdi, inan canıma,
Xəyalnan beləcə başım aldatdım...
...
Eh, hərdən qınayıram özüm-özümü,
Nə etdim, bu qədər aralı qaldım.
Şəkildən - şəkilə görüb üzünü,
Orda bir sevginə, dönüb yol aldım...
...
Mənnənmi qaçırsan, yoxsa sevgimnən...?
Nədir bu ayrılıq, bu həsrət gülüm...?
Adını yazmışam məhəbbətimnən,
Qoyma vüsalını dadmamış ölüm....!







