amon

amon Məşhurlar 5-01-2017, 07:17

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız
2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız

Geridə qoyduğumuz 2016-cı ildə bir çox məşhurlar nişanlandı, toy etdi, bir çoxu isə qurduğu ailəni dağıtdı.
Loading.Az, atv.az-a istinadən ötən il ailə quran və ayrılan məşhurların siyahısını təqdim edir


Ayrılanlar
Lətifə Soyuöz - Müğənni 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Cütlüyün bu evlilikdən bir oğlan övladı var.
Fuad Əlişov - Rejissor aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşandı. Onların üç övladı var.
Cavid Hüseyn - İki övladı olan müğənni, bəstəkar xanımı Sevinc Ağasıyevadan ayrıldı.
Sevda Ələkbərzadə - Əməkdar artist həyat yoldaşı Kamiyardan ayrıldı.
Dilarə Kazımova - Tanınmış müğənni də ötən il ailə həyatına son qoyanlar sırasındadır. O, türkiyəli əri Mert Aslanla ayrıldı.

Ailə quranlar
Elçin Cəfərov - Gənc müğənni keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurdu.
Azər İsmayılov - Aparıcı ikinci dəfə ailə qurdu.O, Nəcibə adlı xanımla nikaha daxil oldu.
Aytac Vidadiqızı - Gənc müğənni Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurdu.
Fərid Məmmədov - Ötən il ailə quranlar arasında "Eurovision" təmsilçilərimiz də var.
Nicat Əli - Musiqili Teatrın aktyoru da 2016-cı ildə subaylığa əlvida dedi.
Ruslan Abışov - Tanınmış futbolçu da ötən il ailə quranlar sırasındadır.
Rafael Ağayev - Beşqat dünya çempionumuz ötən ilin iyun ayında özünə toy etdi.
Nişanlananlar
İlkin Həsəni - Sevilən aparıcı ATV-də çalışan Aysel adlı xanımla nişanlandı.
Natavan Həbibi - Müğənni bu yaxınlarda nişanlandığını açıqladı.
Günel Zeynalova (Azəri qızı) - O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
696 655 585 655 628 594

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.