ÊLfidÂ

ÊLfid Maraqlı 13-11-2020, 10:00

Yaşanmış maraqlı faktlar

Yaşanmış maraqlı faktlar
1. 1973-cü ildə tibbi həkim Yoxan Henri Koxayzen insanın davamlı olaraq gənc qadın ətri qoxuladığı zaman 115 il yaşaya biləcəyi barədə məqalə yazıb. Koxayzen uzun ömür yaşamaq üçün aşağıdakı reseptdən istifadə etməyi məsləhət görür:
400 qram qatran otu.
60 qram digər sirli ətirli otlar.
Bu qarışımı yandıraraq iyləmək insan ömrünü uzadır, amma onu qoxulayan zaman yanında gənc qızın olması aromaterapiyanın təsirin güçləndirir. Bu müalicə vasitəsindən indi də alternativ tibbi müalicə vasitəsi kimi tətbiq edirlər.

2. İnsan bədənində ən yüksək temperatur 1980 – cı ildə Atlantanın Cordciya ştatında Uilli Consa adlı kişidə qeydə alınıb. Xəstəxanaya daxil olan pasientin bədən temperaturu 46, 5 dərəcəyə qədər yüksəlmişdi. Pasient xəstəxanadan 24 gün sonra təxliyə olunmuşdu.

3. Ən aşağı bədən temperaturu 1994 – cü ilin 23 fevral tarixində sənədli şəkildə qeydə alınmışdır. Kanadada yaşayan iki yaşlı Karli Kozolovski evin qapısının təsadüfən bağlanması nəticəsində 6 saat – 22 dərəcə şaxtada qalaraq bədən temperaturu 14,2 dərəcə temperatura bərabər olmuşdu.

4. 42 yaşlı qadının mədəsindən 2533 yad cisim və 947 sancaq çıxarılmışdı. Əməliyyata qədər qadın mədəsində yüngül ağrılardan şikayətlənirdi.

5.İnsanın mədəsindən çıxarılan ən ağır çəkili cismin çəkisi 2,35 kiloqram ağırlığında saç yığımı olub. Saç yemək bir xəstəlik növüdür və bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir.

6.Ən çox həb qəbul edən şəxs Zimbabvedən olan Kilner adlı kişi olub. 21 il müddətində o 535965 həb qəbul edib.


7. Ən çox əməliyyat keçirən şəxs ABŞ - dan olan Çarlz Yensen adlı xəstə olub. Belə ki, 1954 – cü ildən 1994 – cü ilə qədər onun üzərində 970 cərrahi əməliyyat aparılıb.

8. Tibb tarixində ən uzun müddətli əməliyyat 96 saat çəkib. Əməliyyatdan sonra pasientin çəkisi 280 kiloqramdan 140 kiloya düşüb.

9. Norveçdən olan Yan Revsdal adlı balıqçının ürəyi ən uzunmüddətli fəaliyyəti dayanan orqan olub . Belə ki, dekabr ayında Berqena rayonunda suya düşən balıqçının bədən temperaturu 24 dərəcəyə düşüb və onun ürəyi 4 saat müddətinə dayanıb. Lakin qan dövranını bərpa edən süni aparata qoşulduqdan sonra balıqçının ürəyi yenidən döyünməyə başlayıb.

10.Avstraliya alimləri insan beyninin öyrənmə funksiyalarının hava qaraldıqdan sonra daha yaxşı işlədiyini müəyyən etmişlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
350 418 341 393 331 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.