ÊLfidÂ

ÊLfid Maraqlı 14-11-2020, 10:00

UŞAQLAR ÜÇÜN KOFEİN TƏHLÜKƏLİDİR?

UŞAQLAR ÜÇÜN KOFEİN TƏHLÜKƏLİDİR?

İddia 1: Uşaqlar qəhvə (kofe) içməməlidir, çünki içsələr böyüməzlər , digərlərinə nisbətən kiçik qalarlar. Çünki onların böyüməklərinə əngəl olan şey kofeindir. Əgər içsələr belə ürək xəstəliyindən əziyət çəkəcəklər

İddia 2: Uşaqların qəhvə içməməsi iddiaları səhvdir. Əksinə uşaqlar kofein sayəsində daha sürətli böyüyə bilərlər.

Bəs həqiqət nədi bilirsiz? Kofeinin, uşaqların sağlamlığına böyüklərdə olduğundan daha böyük təsir etdiyini göstərə bilən heç bir araşdırma YOXDUR

Məlumat:
Avropa və Amerika cəmiyyətlərində kofein və qəhvənin "uşaqların böyüməsinə kömək etdiyi", Türkiyə, Azərbaycan və digər ölkələrdə isə əks inanclar vardır. Uşaqların kofeini həzm etmə bacarıqları demək olar ki, böyüklər ilə eynidir. Bəzi valideynlər uşaqların qəhvə içməməsinin səbəbini, kofeinin stimullaşdırıcı təsiri səbəbi ilə uşaqlarda hiperaktivliyi tətikləcəyidir.

Tədqiqatlar göstərir ki, ortalama qəbul edilən kofein, uşaqlarda yaranacaq hiperaktivliyə nəzərəçarpacaq dərəcədə təsir göstərmir. Yetkin insan gündəlik ortalama 300 milliqram kofein tükətə bilər. Uşaqlar üçün tövsiyə olunan miqdar yaşdan asılı olaraq dəyişiklik göstərir.
4-6 yaş arası - 45 mq
7-9 yaş arası - 62.5 mq
10-12 yaş arası - 85 mq
12-18 yaş arası 100 mq

DİQQƏT!
Kofein deyiləndə ilk öncə ağıla qəhvə gəlsə də, bilmək lazımdır ki, kofein enerji içkiləri və Cola kimi qazlı içkilərdə də mövcuddur. Hətta bəzi enerji içkilərində 500 mq-dan daha çox kofein olur ki, bu da 14 qutu Cola içməyə bərabərdir. Buna görə uşaqları enerji içkilərindən uzaq tutmağınız məsləhətdir

NƏTİCƏ: Ən yaxşı tövsiyə budur ki, kofeinli içki sevən uşaqlarınıza, bəzən mükafat kimi bu içkilərdən daddıra bilərsiz. Uzun sözü qısası kofeinin qəbuledilməz ziyanı yoxdur və kofeinin uşaqlara böyüklərdən fərqli olaraq çox böyük ölçüdə təsir etməsi yalandır və ya mif-dir. Bununla belə təhlükəsizlik üçün həddən artıq kofein tükətimindən uzaq durmaqda fayda var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
553 471 452 498 448 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.