amon

amon Sevgi 24-05-2020, 23:25

Mənim sevgi dolu yağışım

Mənim sevgi dolu yağışım
Yağış, pəncərəmin gördüyü ən gözəl mənzərə. Qulağımın eşitdiyi ən sakit və həzin səs. Gördüyümdə heç dayanmasını istəmədiyim mənzərə. İncə sularınla yuyarsan hər yeri, bəlkə kiminsə qəmini apararsan, kiminsə sevincini. Bəlkə də kimisə sadəcə öz narın yağan damcılarınla isladarsan..

Pəncərəmdə görsəm əlimi uzadaram sənə, bəlkə yağan damcıları arasında bir payım vardır deyə. Damcılarını yağdırarkən kimisə islanır.. Lakin səni ürəyində hiss edənlərdə var, yağmağını gözləyən biriləri də var. O`nu yadıma salırsan çünki. O`nu gətirirsən sanki mənə, kədər yox, sevinc gətirirsən mənə. O qədər sevincli ki, hətta yazılara sığmır bu cümlələr..

Sən yağarkən günəş olmur, amma yağdığında `günəş`imidə verirsən mənə. Göyü ulduzlar parladırsa, yeri də sən parladırsan. Öz nazlı damcılarınla, sən tək səni sevən insanları yox, sənə ehtiyacı olan təbiətidə sevindirirsən öz `yağış`ınla..
Nə gözəldi axşam yağışın səsiylə yuxuya getmək. və onun iyiylə yuxudan oyanmaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1112 1036 996 1013 953 999

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.