Südsüz keçinin süd verməsi
Bir gün Hz.Məhəmməd (s.a.s) yolda gördüyü bir çobandan süd istəyir. Çobanın cavabı belə olur:
"Yanımda süd verəcək bu keçidən başqası yoxdu. Ancaq o da hamilə oldu və süddən kəsildi."
Hz.Məhəmməd (s.a.s) şəfalı əllərini keçiyə uzatdı və dua etdi. Bu anda keçi südlə doldu. Sağılan südü hamısı doya-doya içdilər. Heyrətlər içində qalan çoban, "Allah eşqinə, sən kimsən? İndiyə qədər sənin kimisini görmədim!" deyə soruşdu.
Mədinəyə hicrət edən və həmin an düşmənlərin gözündən uzaq qalmağa çalışan Məhəmməd Peyğəmbər, "Kim olduğumu deyərəm, amma gördüyünü, eşitdiyini gizli tutmağın şərti ilə!" dedi.
Çoban bu təklifi qəbul edincə, "Mən, Allahın Rəsulu Məhəmmədəm" deyə buyurdu.
Heyrəti daha da artan çoban, "Demək ki, Kureyş'in 'yolunu azdı' dediyi şəxs sənsən eləmi?" dedi.
Hz.Məhəmməd, "Onlar belə deyirlər" buyurdu. Bunun üzərinə çoban, "Mən şəhadət edirəm ki, sən bir peyğəmbərsən! Gətirdiyin də haqqdır. Sənin etdiyini ancaq bir Peyğəmbər edə bilər. Mən sənə uydum." dedi və orada İslamiyyətlə şərəfləndi. Ayrıca çoban Hz.Məhəmmədlə getmə arzusunuda dilə gətirdi. Ancaq bugün buna gücü yetməyəcəyi üçün Peyğəmbər (a.s), "Mənim müvəffəq olduğumu xəbər aldığında bizə qatıl." dedi və yoluna davam etdi.
***
Belə bir hadisə Kudeyddə də yaşanmışdı.
Orada yaşayan Əbu Məbədin çadırının önündən keçərkən satın almaq məqsədi ilə, "Xurma vəya içiləcək birşey varmı?" deyə soruşdu Hz.Məhəmməd (s.a.s).
Əbu Məbəd orada yox idi. Ona görə xanımı Atikə Ümmü Məbəd, "Xeyr, yeyiləcək birşey yoxdu" deyə cavab verdi. Rəsuli Əkrəm bir tərəfdə zəif bir keçi gördü. "Bunda süd yoxdurmu?" deyə soruşdu. Ümmü Məbəd, "Onun bədənində qan yoxdu, necə südü olsun?" deyə cavab verdi. Peyğəmbər (a.s) "İzin versəz sağaram" deyincə qonağa ayıb olmasın deyə evin xanımı razılaşdı. Hz.Məhəmməd gedib keçinin belinə əlini sürtdü və "Bismillahirrahmanirrahim" deyərək dua etdi. Daha sonra "Bir qab gətirin sağın" deyə buyurdu. Sağdılar və öncə Ümmü Məbəd, sonra da orada olanlar hamısı doyuncaya qədər içdilər. Sonda Hz.Məhəmməd (s.a.s) içdi. Üçüncü dəfə də sağıb, Ümmü Məbədə verdilər. Və ayrılıb yollarına davam etdilər. Biraz sonra Əbu Məbəd gəldi. Qabdakı südü görüb "Bu nədi? Hardan çıxdı?" deyə soruşdu. Xanımı ona, olanları bir-bir danışdı. Əbu Məbəd, "Bunda bir hikmət var! O şəxsin siması necə idi?" deyə soruşdu.
"Orta boylu, qara qaşlı, qara gözlü və olduqca nurani üzlü bir adam idi" deyərək Peyğəmbər'i (a.s) tərif etdi.
Bunun üzərinə Əbu Məbəd "Vallahi" dedi. "sənin tərif etdiyin bu şəxs, Kureyş içinde ortaya çıxan Peyğəmbərdir. Keşkə burda olsaydımda ona şəhadət edib onunla getməyi ondan istəyə bilsəydim."
Rəsulallah'dan "Bu keçiyi (vəya qoyunu) kəsmə" deyə əmr alan Ümmü Məbəd sonradan demişdir ki:
"Rəsulallahın belini məsh etdiyi o keçi Hz.Ömər'in xilafətində meydana gələn, Hicrətin 18. ilindəki qıtlıq və quraqlığa qədər sağ qaldı. Yer üzündə heyvanlar yeməyə yeyiləsi bir şey tapmazkən, biz onu sabah və axşam sağardıq!"






