Tarixin tozLu səhifəLəri:-16Noyabr
İspan sərkərdəsi Fransisko Pizarro (Francisco Pizarro) 168 adamdan ibarət hərbi birliyi ilə 80 min nəfərlik orduya komandanlıq edən İnka imperatoru Atahualpanı 1532-ci ilin 16 noyabrında məğlub edərək onu əsir götürdü.
***
1849-ci ilin 16 noyabrında çar Rusiyası məhkəməsi "Cinayət və cəza" romanının müəllifi, yazıcı Fyodor Dostoyevskiyə “Hökumət əleyhinə hərəkətlərinə görə” maddəsilə ölüm cəzası kəsdi. Sonradan ölüm cəzasını “kürək cəzası” ilə əvəz etdilər.
***
Dövrünün ən böyük tikililərindən biri olan Süveyş kanalının çəkilişi 1869-cu ilin 16 noyabrında başa çatdırılıb. Vaxtilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən iri dövlətləri tərəfindən bu kanalın inşasına külli miqdarda vəsait sərf olunub. Hazırda Misir Ərəb Respublikası büdcəsinin xeyli hissəsini Süveyş kanalından gələn gəlir təşkil edir.
***
Bu gün Macarıstan xalqının milli bayramı – müstəqillik günüdür.
Şərqi Avropanın bu ölkəsi 1918-ci ildə Avstriya-Macarsıtan imperiyası dağıldıqdan sonra 16 noyabrda müstəqilliyini elan edib.
***
1920-ci ildə Azərbaycan Neft və Kimya İnstitutu təsis olunub. Bu ali təhsil ocağı hazırda Azərbaycan Neft Akademiyası adlanır.
***
İşğal orduları baş komandanı, general Harrinqtona 1922-ci ilin 16 noyabrında rəsmən müraciət edən son Osmanlı sultanı Vəhdətdin İstanbulda həyatının təhlükədə olduğunu və İngiltərəyə sığınmaq istəyini bildirdi.
***
16 noyabr 1938-ci ildə həmin ilin 10 noyabrında həyata gözlərini yuman Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cansız bədəni İstanbulun Dolmabahçe Sarayında tabuta qoyuldu.
Türkiyə xalqı Atatürkə son hörmət və minnətlərini ifadə etmək üçün Dolmabahçeyə axışdı.
***
1945-ci il noyabrın 16-da İngiltrənin paytaxtı Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis etdilər.
Hazırda bu təşkilatın Türkiyə və Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərir və bir sıra mühüm proqramlar həyata keçirir.
***
16 noyabr 1967-ci ildə mərkəzi Amerika Birləşmiş Ştatlarında olan Beynəlxalq Şeir Forumu Fazil Hüsnü Dağlarcanı “Yaşayan ən böyük türk şairi” seçdi.
***
Dövrün Rusiya prezidenti Boris Yeltsin 1993-cü ilin 16 noyabrında Lenin mavzoleyini ziyarətə bağladı.
***
1995-ci ildə UNESCO-nun 50 illik yubileyi münasibətilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü olaraq qəbul edilib.
BMT-nin nizamnaməsində tolerantlığın tərifi belə verilib: “Hamı bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi birlikdə dinc yaşamalıdır”.
***
2009-cu il 11 noyabrda test yayımına başlayan “TRT Müzik” kanalı ayın 16-dan davamlı olaraq yayımlanır.
***
16 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün Azərbaycanın əfsanəvi qəhrəmanı, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirə günüdür. 18 yaşında (1936) Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi sonra Sankt-Peterburq (Leninqrad) Xarici Dillər İnstitutunda təhsil alıb.
İkinci Dünya Müharibəsi zamanı - 1942-ci ildə Stalininqrad ətrafında döyüşlərdə iştirak edib, ağır yaralanaraq əsir düşüb. Faşistlərin Ukrayna, Polşa, İtaliya və Yuqoslaviya hərbi əsir düşərgələrində olub. Yuqoslaviyada əsirlərin hərbi düşərgədən qaçmasında mühüm rol oynayıb.
1944-cü ildə özü də əsirlikdən qaçaraq partizanlara qoşulub, "Mixaylo" adı və cəsarətilə böyük şöhrət qazanıb. Həmin ilin payızında onun başçılığı ilə İtaliyanın Udine şəhərindəki həbsxanadan 700 hərbi əsir azad edilib.
Mehdi Hüseynzadə 1944-cü il noyabrın 16-da növbəti tapşırığı yerinə yetirərkən faşistlərlə qeyri-bərabər döyüşdə əsir düşməmək üçün güllə ilə özünü vurub.
Azərbaycanda Mehdi Hüseynzadə haqqında "Uzaq sahillərdə" bədi filmini çəkib. (1918-1944)