Tarixin tozLu səhifəLəri:-17Noyabr..
1542-ci ilin 17 noyabrında Osmanlı padşahı Qanuni Sultan Süleyman Esterqon yürüşünə başladı. Bu yürüş zamanı Avstriya-Macarıstan İmperatorluğunun, Belqrad şəhəri və Esterqon başda olmaqla, bir çox qalası ələ keçirildi.
17 noyabr 1558-ci ildə İngiltərə kraliçası I Yelizaveta (I Elizabeth) taxta çıxdı və 45 il davam edən hökmdarlığı dövründə ölkəsini müstəmləkə imperatorluğu etdi.
1800-cü ilin bu günü Amerika Birləşmiş Ştatlarının konqresi (parlament) ilk dəfə olaraq öz iclasını ölkənin yeni paytaxtında – Vaşinqtonda, inşası hələ tamam başa çatmamış Kapitoliya binasında keçirdi.
Qeyd edək ki, bugünkü gün həmin binada yerləşən konqresin ilk sessiyası 1789-cu ildə Nyu-Yorkda açılmışdı. Və məlumat üçün onu da bildirək ki, bundan sonra ABŞ-ın qanunverici orqanı 10 il Filadelfiyada fəaliyyət göstərdi.
Əsasən İngiltərə tərəfindən tikilən Süveyş kanalı 1869-cu ilin 17 noyabrında xidmətə açıldı. O zaman kanalın uzunluğu 164, dərinliyi 8 metr idi.
17 noyabr bütün dünyada Tələbələrin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur. Bu tarix 1941-ci ildə Londonda faşizmə qarşı mübarizə aparan tələbələrin görüşündə təsis edilib.
Camal Əbdül Nasirin başçılığı ilə Azad Zabitlər Hərəkatı 1952-ci ilin 17 noyabrında Misirin kralı I Fərruxu taxtdan çəkilməyə məcbur etdi. Sonra kral sürgünə göndərildi.
17 noyabr Azərbaycan Xalqının Milli Dirçəliş Günüdür.
1988-ci il noyabrın 17-də Azərbaycan Dövlət Universitetinin bir qrup tələbəsi o vaxtlar Leninin adını daşıyan indiki Azadlıq meydanında mitinqlərə başladı. 100 minədək adamın qatıldığı həmin mitinq 17 gün davam edən etiraz marafonunun başlanğıcı oldu.
17 noyabr 1988-ci il tarixi ilə Azərbaycan dövlətinin SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsinin əsası qoyuldu. Ona görə də 17 noyabr müasir Azərbaycan dövlətinin şanlı səhifəsidir.
1989-cu il 17 noyabrda Çexoslovakiyada "Məxməri inqilab" başladı. Hadisələr nəticəsində Çexoslovakyada kommunist hökuməti iqtidardan getməyə məcbur qaldı.
Qeyd edək ki, o illərdə paytaxt Praqada toplanan tələbələrə polislərin ağır müdaxiləsinə cavab olaraq nümayişlər ölkənin digər şəhərlərinə yayılmağa başladı və inqilaba gətirib-çıxardı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi kimi tarixi qərarlar qəbul edildi.
Fransada yanacaq qiymətlərinin artması və pis iqtisadi şərtlərə reaksiya olaraq paytaxt Parisdən başlayan, daha sonra E.Makron hökumətinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər” hərəkatı 2018-ci ilin 17 noyabrında başladı.
***