ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Maraqlı 19-11-2020, 20:17

Tarixin tozLu səhifəLəri:-19Noyabr..

Tarixin tozLu səhifəLəri:-19Noyabr..
1819-cu ilin bu günü İspaniyanın paytaxtı Madriddə sonralar bütün dünyada məşhurlaşacaq Prado Muzeyi açılıb.

Ən zəngin rəsm qalereyalardan biri olan Prado Muzeyində Velaskes, Qoyya, Rubens, Tisian və digər böyük rəssamların əsərləri sərgilənir.

Qeyd edək ki, bundan əvvəl bu sənət ocağı İspaniya Kral Rəssamlıq və Heykəltaraşlıq Muzeyi adlanırdı. Milliləşdirildikdən sonra onu əhatə edən parkın adı Prado qoyuldu.

***

Birinci Dünya Müharibəsindən sonra böhrana düşən Almaniya iqtisadiyyatı çökdü. Almaniyanın pul vahidi – mark böyük dəyər itkisinə uğradı: 1923-cü ilin 19 noyabr tarixində artıq 1 Amerika dolları qarşılığında 4,2 trilyon oldu.

***

19 noyabr 1938-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cənazəsi xalqın gözyaşları ilə İstanbuldan Ankaraya yola salındı.

***

1967-ci ilin 19 noyabr tarixində Türkiyə Böyük Millət Məclisi Qıbrızda (Kipr) artan gərginliklə əlaqədar hökumətə xaricə əsgərgöndərmə səlahiyyəti verdi: Türkiyə Donanması həyəcanla suları keçdi, Ankaradakı 28-ci Diviziya İskəndərinə hərəkət etdi.

***

19 noyabr 1977-ci ildə Portuqaliya Hava Yollarına aid sərnişin təyyarəsi Madeyrada düşdü, 130 nəfər dünyasını dəyişdi.

***

Erməni terrorçular 1984-cü il 19 noyabrda Viyananın BMT Ofisində çalışan türkiyəli diplomat Enver Erqunu şəhid etdilər.

***

19 noyabr 1985-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ başçısı - Mixail Qorbaçov ilk dəfə Cenevrədə görüşdülər. İki ölkə başçısı 2 gün davam edən zirvə toplantısının nəticəsində strateji nüvə silahlarının 50 faiz azaldılmasına qərar verdilər.

***

1994-cü il 19 noyabrda Türkiyə millisi Xəlil Mutlu Beynəlxalq Ağırlıqqaldırma Çempionatında 7-ci dəfə dünya rekordunu qırdı.

***

19 noyabr 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında Bobbi MakKoni (Bobby McCaughey) adlı qadın yeddiz doğdu. Bu, bütün körpələrin canlı doğulduğu ilk yediz hadisəsi olaraq tarixə düşdü.

***

İraqın işğalından sonra – 2005-ci ilin 19 noyabrında Hədisə qəsəbəsində bir qrup ABŞ əsgəri 24 qadın və uşağı qətl etdi. Hadisədə 4 əsgər təqsirli bilindi, ancaq məhkəməyə çıxarılmadan hamısı bəraət aldı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 373 333 313 328 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.