ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Maraqlı 20-11-2020, 23:53

Tarixin tozLu səhifəLəri:-20Noyabr

Tarixin tozLu səhifəLəri:-20Noyabr
20 noyabr

İlin 324-cü günü (uzun illərdə 325-ci). İlin sonuna 41 gün qalır.

Mühüm hadisələr:

1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi "Nürenberq prosesi" başlamışdır. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.
1959 — BMT "Uşaq hüquqları haqqında Bəyannamə" qəbul etmişdir.
1975 — Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılmışdır.
1979 — Xəstələrə ilk dəfə süni qan köçürülmüşdür.
1985 — Microsoft Windows 1.0. təqdim edilmişdir.
1991 — Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulmuşdur.
İstintaq sənədlərinə görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
2003 - İstanbulda yerləşən ingilis səfirliyinə və "HSBC" bankına bombalı hücum təşkil edilib və nəticədə 30 nəfər həlak olub, 450-dən çox insan yaralanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 398 314 342 378 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.