Луна

Луна Şeirlər 22-11-2020, 19:00

`Dənizi Hədiyyə Verirəm Sənə..`

`Dənizi Hədiyyə Verirəm Sənə..`

-Dənizi hədiyyə verirəm sənə…

Mən dedim, sən baxdın, sən gülümsədin.

Göylərin şəfəqi düşdü üzünə,

-Mən isə göyləri verirəm, - dedin…

Ayrıldıq qəribə hədiyyələrə,

Göylər eşqim kimi mənə əzizdir.

Ayrıldıq dənizlə, ağ ləpelərlə,

Nece aparasan? Dəniz dənizdir!

Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyim sahilə gələsən bir də.

Məni görməyendə o mənəm deyə,

Mənimlə danışıb, güləsən bir də.

-Əgər görüşməsək, bizə dağ olar,

Dedim, neçə defə belə dedim mən.

Dəniz sahilinə qayıtmaq olar,

Göylərin sahili varmı, gedim mən?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 600 538 484 536 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.