Tarixin tozLu səhifəLəri:-23Noyabr
23 noyabr
İlin 327-ci günü (uzun illərdə 328-ci).
İlin sonuna 38 gün qalır.
İlin 327-ci günü (uzun illərdə 328-ci).
İlin sonuna 38 gün qalır.
Mühüm hadisələr:
1919 — Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara aldılar. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb.
1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə Komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.
Doğum Günləri:
1936 — Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Aqşin Əlisəttar oğlu Babayev anadan olub.
1945 —Tanınmış azərbaycanlı şair Vahid Əziz Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963-1964).
Vəfat etmişdir:
1948 — Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov - Bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli 63 yaşında vəfat etmişdir.
1994 – Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova 77 yaşında vəfat etmişdir.
1999— Azərbaycan teatr xadimi, Xalq artisti , SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları Laureatı Bədirbəyli Leyla Ağalar qızı 79 yaşında vəfat etmişdir.
1981 — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi; Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı və respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olmuş Azərbaycan SSR EA akademiki , Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü , SSRİ Tibb Elmləri Akademiyasının akademiki , SSRİ Dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı , Azərbaycan SSR EA vitse-prezidenti (1951-1956 və 1969-1981). Azərb. SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71), Azərb. SSR Ali Sovetinə (1-10-cu çağırış) deputat Mustafa Ağabəy oğlu Topçubaşov 89 yaşında vəfat etmişdir.







