Gulusum

Gulusum Mətbəx 24-11-2020, 10:00

Bananlı kekslər Şirniyyat

Bananlı kekslər Şirniyyat
İnqrediyentlər:

3 yumşaq dəymiş banan
200 qr un
170 qr şəkər tozu
70 qr kərə yağı
2 yumurta
2 ç.q. qabartma tozu
1 ç.q. vanilli şəkər tozu
1 çimdik duz
Hazırlanması:

Bananları təmizləyin, blenderdən keçirin.
Yumurta, şəkər tozu, vanil, duz, soyuq əridilmiş kərə yağı əlavə edin, qarışdırın.
Una qabartma tozunu əlavə edin, birlikdə ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın. Xəmir qatı alınmamalıdır.
Kiçik keks formalarına yağ çəkin, xəmir qoyun. (Xəmir formanın yuxarısına qədər çatmamalıdır.)
Sobanı qabaqcadan 180 C qədər qızdırın, keksləri təxminən 20-25 dəqiqə bişirin.
Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 453 406 390 397 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.