Tarixin tozLu səhifəLəri:-26Noyabr
1778-ci ilin bu günündə səyyah Ceyms Kuk havay adasının sahillərinə yaxınlaşıb. Beləliklədə o, bu adaya yaxınlaşan ilk Avropalı kimi tarixə düşüb. 1768-ci ildə dəniz səyahətinə çıxan səyyah Ceyms Kuk ekspedisiya nəticəsində Yeni Zelandiyanın cənub materikinə aid olmadığını və boğazla iki yerə ayrılan adalardan ibarət olduğunu da sübut edib.
***
1863-cü ilin bu günündə Amerika Birləşmiş Ştatlarının prezidenti Avraam Linkoln noyabrın 26-nın Şükran Günü kimi qeyd olunmasını elan edib. Qərara əsasən növbəti illərdə bu bayramın noyabr ayının sonuncu cümə axşamı qeyd olunması nəzərdə tutulub
***
1865-ci il, noyabrın 26-da Luis Kerrolun “Alisa möcüzələr ölkəsində” əsəri ilk dəfə nəşr olunub. Bu əsərin süjet xətti Alisanın gördüyü qəribə yuxular əsasında qurulub.
***
26 noyabr həm də Ümumdünya Çəkməçilər Günüdür. Bu gün ayaqqabı məhsullarının ərsəyə gəlməsində iştirakı olan bütün insanların bayramı hesab olunur. Ən qədim peşələrdən sayılan çəkməçiliyin əsası isə 7 min il əvvəl qoyulub.
***
26 noyabr məşhur “Gecəniz xeyrə körpələr” uşaq verilişinin yarandığı gün kimi tarixə düşüb. Daha çox oyuncaqların aparıcılıq etdiyi bu veriliş ilk gündən uşaqların marağına səbəb olub. “Gecəniz xeyrə körpələr” ən uğurlu uşaq layihələrindən hesab olunur.
***
1994-cü ildən etibarən 26 noyabr Ümumdünya İnformasiya Günüdür. BMT-nin təşəbbüsü ilə təsis olunan bu günün əsas məqsədi informasiya, kommunikasiya sahəsində olan problemlərə mütəxəssislərin diqqətini yönəltmək və məlumat mübadiləsini təmin etməkdir.
***
2014-cü il, noyabrın 26-da Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Kələğayı ipəkdən hazırlanan, üzərində xüsusi naxışlar olan, milli geyim növüdür. Çəkisi 125 qram olub, bir üzükdən keçəcək qədər zərifliyi ilə seçilən bu baş örtüyü ölkəmizin tarixini, adət ənənələrini, mədəniyyətini yaşadır.
***
1928-ci il, noyabrın 26-da aktyor, Əməkdar artist Müxlis Cənizadə anadan olub. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, rejissor kimi tanınıb. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. O ekran əsərlərində də unudulmaz obrazlarla tamaşaçıların yaddaşına həkk olunub. “Bəxtiyar”,”Bir qalanın sirri”, “Görüş”, “Ulduzlar sönmür”,” Qızmar günəş altında”, “Dəli Kür”, “Yenilməz batalyon”, “O olmasın, bu olsun” kimi milli kino incilərinin ərsəyə gəlməsində Muxlis Cənizadənin xidmətləri olub.
***
1966-cı il, noyabrın 26-da istedadlı müğənni Xeyransa Məmmədova anadan olub. Onun böyük səhnəyə gəlişi 1980-ci ildə, “Ana Kür” mahnısı ilə olub. Sonralar “Oxu tar”, “Oxu gözəl”, “Necə əl çəkim”, “Azərbaycan”, kimi yüksək notlu xalq mahnılarının mahir ifaçısı kimi tamaşaçıların qəlbinə yol tapıb. Unudulmaz ifaları və əsrarəngiz səsi ilə yadda qalan Xeyransa Məmmədova 2 iyun 1995-ci ildə dünyasını dəyişib.