Lusi

Lusi özünü 😉 kreativ hiss edir. Müxtəlif 27-11-2020, 10:00

Ölümümdən sonra..

Ölümümdən sonra..
-Aldım qələmi son dəfə əlimə, buda son yazışım. Yazmaq mənim nəyimə?
Bütün organlarımı bəxş etdiyim üçün böyük ehtimal ki, ölümümdən həmən sonra məni sizə bir salafan içində verəcəklər. Çoxda qurcalamayın. Cəsədimi o salafanla torpağa gömüb, üzərimədə bir ağac əkilməsini istəyirəm. Məzar daşı istəmirəm. Nə cənazəmdə, nədə sonrasında 3'müş, 7'miş, 40'mış kimi bəhanələr ilə qarnınızı şişirtməyin. Arxamdan dua da etməyin, yaşarkən etmədiyiniz yaxşılığı öləndən sonra etməyin yemərəm. Birilərinin qarnın doydurmaq istəyirsinizsə küçədəki heyvanlara baş çəkin. Bu ən net istəyimdir. Heç bir əşyamı tanıdıq birinə verməyin. Ehtiyacı olanlara bağışlayın. Məni tanıyanlar bilər, açıq sözlüyəm. O üzdən könlüm istəyərki hamınızdan əvvəl ölüm. Sonraya qalıbda heç kimin ölüsüylə məşğul ola bilmərəm..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
522 456 462 499 521 409

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.