Toyuq Ləvəngisi
Sizə Lənkəran mətbəxinin ən ləziz yeməklərindən olan toyuq ləvəngisinin hazırlanma qaydasını təqdim edirəm.
Tərkibi:
1 ədəd orta ölçülü toyuq
200 qram qoz ləpəsi
2 ədəd baş soğan
1 xörək qaşığı yağ
alça turşusu
duz
istiot
200 qram qoz ləpəsi
2 ədəd baş soğan
1 xörək qaşığı yağ
alça turşusu
duz
istiot
Hazırlanması
Əvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyib onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanın suyunu sıxın. Daha sonra qoz və isladılmış turşu əlavə edib, duz və istiot vuraraq yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın.
İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Qızdırılmış sobada yarım saat bişirin. Hər iki üzü qızaranda , sobadan çıxarıb servis edə bilərsiniz.
Nuş olsun!






