ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Maraqlı 28-11-2020, 20:03

Tarixin tozLu səhifəLəri:-28Noyabr

Tarixin tozLu səhifəLəri:-28Noyabr
28 oktyabr 1636-cı ildə ABŞ-ın ilk universiteti Harvırd Bostan şəhərində quruldu.

***

28 oktyabr 1886-cı ildə ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub. Roma azadlıq ilahəsi olan Libertası təcəssüm etdirən heykəl Fransa xalqı adından ABŞ-a hədiyyə edilib. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəldə ayaq üstə dayanmış qadın təsvir olunub.

***

28 oktyabr 1923-cü ildə Qazi Mustafa Kamal Çankaya Köşkündə verdiyi şam yeməyində millət vəkillərindən bəzilərinə “Cümhuriyyəti elan edəcəyik” açıqlamasını verdi və yeni qurulan dövlətin siyasi rejiminin Cümhuriyyət olacağı müjdəsini verdi. Mustafa Kamal Paşa və İsmət İnönü Konstitusiyada “Türkiyə Dövlətinin hökumət şəkli Cümhuriyyətdir” maddəsinin yer alması barədə razılaşdı.

***

28 oktyabr 1928-ci ildə Türkiyə ilə Serb-Xorvat və Sloveniya dövləti arasında dostluq müqaviləsi imzalandı.

***

28 oktyabr 1938-ci ildə Ankara radiosu Sihhiyədəki tarixi binasında fəaliyyətə başladı. Cümhuriyyətin qurulmasının 15-ci ildönümünə təsadüf edən açılış üçün 3 gün davam edən xüsusi yayım oldu.

***

28 oktyabr 1941-ci ildə Litvada alman əsgərləri 9 mindən çox yəhudini Kaunas şəhərinin məydanında güllələdi.

***

28 oktyabr 1962-ci ildə Sovet İttifaqı lideri Nikita Kruşçev Kubadakı raket bazalarını qaldıracaqlarını açıqladı, dünyanı nüvə müharibənin astanasına gətirib çıxaran “Kuba raket böhranı” başa çatdı.

***

28 oktyabr 1984-cü ildə Çin Kommunist Partiyası ölkə iqtisadiyyatını nizamlamaq üçün məhdud da olsa sərbəst təşəbbüs və rəqabətə icazə veriləcəyini açıqladı.

***

28 oktyabr 1993-cü il tarixində PKK-lı terrorçular Hakkari vilayətinin Üzümlü rayonundakı jandarm bölməsinə hücum etdi. Hücumun qarşısı alındı və 57 terrorçu məhv edildi.

***

28 oktyabr 1995-ci ildə Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda dəhşətli yanğın baş verib. Tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqla təchiz olunmuş qatarın nasazlığı, maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib.

***

28 oktyabr 2009-cu ildə Pakistanın Pəşavər şəhərində minalanmış avtomobillə edilən hücumda 105 nəfər öldü, 200-dən çox insan isə yaralandı.

***

28 oktyabr 2014-cü ildə Karamanın Ermenek rayonunda daşqın nəticəsində mədən ocağında 18 işçi həyatını itirdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 379 353 426 342 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.