ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Maraqlı 29-11-2020, 18:00

Tarixin tozLu səhifəLəri:-29Noyabr

Tarixin tozLu səhifəLəri:-29Noyabr
29 noyabr 1864-cü ildə ABŞ tarixindəki ən böyük qırmızıdərili qətliamı “Sand Creek” baş verdi. ABŞ ordusu qırmızıdərililərin yaşadığı müdafiəsiz bir kəndə hücum etdi, aralarında qadın və uşaqların da olduğu 500 qızıldərili qətlə yetirildi.

***

29 noyabr 1937-ci ildə Hatayın müstəqilliyi üçün ilk addım atıldı, muxtar hakimiyyət vəzifəsinin icrasına başladı.

***

29 noyabr 1947-ci BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul etdi. BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi. BMT-nin qərarına görə, Qüds və Beytləhm beynəlxalq nəzarət altında ərazi olmalı idi.

***

29 noyabr 1963-cü ildə ABŞ prezidenti Lendın Cansın Kenedi sui-qəsdini araşdırmaq üçün “Warren Komissiyası” adlanan heyəti vəzifələndirdi.

***

29 noyabr 1981-ci ildə 3 dəfə“Oskar” mükafatı üçün namizəd göstərilən Natalia Vud sirrli şəkildə dəniz qəzasında həyatını itirdi. Uzun illər davam edən istintaq nəticəsində polis Vudun ölməsində həyat yoldaşı Robert Vaqnerin “şübhəli şəxs” olduğunu açıqladı.

***

29 noyabr 2012-ci ildə Fələstin dövləti BMT-nin Baş Məclisində “Müşahidəçi üzv” olaraq qəbul edildi.

***

29 noyabr 2016-cı ildə Braziliya futbol komandası “Chapecoense”ni Kolumbiyadakı Cənubi Amerika kuboku finalına aparan təyyarə düşdü. Təyyarədəki 81 nəfərdən 76-sı həyatını itirdi. Qəzadan sadəcə 3 futbolçu salamat xilas oldu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 357 329 337 415 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.