☆günka

☆günka özünü 😔 qəmli hiss edir. Şeirlər 1-12-2020, 18:27

Yeni Sevgilin:(

Yeni Sevgilin:(

Eşitdim yeni bir sevgilin varmış...
Əvəz eliyirmi yenisi məni.?
Mən etdiklərimi səninçün edir.?
Görəsən sevirmi mən qədər səni.?

Mən etdiklərimi edirmi hər gün.?
O səni qısqanıb qəlbinə salır.?
Şirin yuxusundan keçir səninçün.?
Gecələr yatmıyıb qaygıva qalır.?

Mən qədər darıxır sənsiz qalanda.?
Hey baxıb yollara gözlüyür xəbər.?
Başından bircə tük əksiy olanda,
Ömründən gedirmi 5-10 il hədər.?

Kölgəsi gəzirmi başın üstündə.?
Gözündən itəndə olur narahat.?
Görüşə geciksən, daşın üstündə,
Oturub gözlüyür 2-3 saat..?

Görəsən ayrılsaz bəs nə edəcəy.?
Nə bilim, kövrəlib gözü dolacag.?
Hər gecə içkili evə gedəcəy.?
Yoxsa mənim kimi Şair olacag...?


Müəllif:Xanlar Corat

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
517 486 520 478 434 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.