ice berg

ice berg Maraqlı 2-12-2020, 16:00

ABŞ-ın lüğət saytı ilin sözünü seçib

ABŞ-ın lüğət saytı ilin sözünü seçib
ABŞ-ın nüfuzlü lüğət saytı "Merriam-Webster" 2020-ci ilin sözünü seçib. Bu "pandemic" (pandemiya) sözüdür.

Bu barədə "Meduza" xəbər yayıb.

Bildirilir ki, "pandemic" lüğət saytında axtarışda olan ən populyar söz olub. Martın 11-də ÜST koronavirus pandemiyasını elan etdikdən sonra "Merriam-Webster"də bu söz bir il əvvəl eyni gün ilə müqayisədə 115 806 dəfə çox axtarılıb.

Lüğət istifadəçiləri tərəfindən ən çox axtarılan sözlər siyahısında həmçinin "coronavirus", "defund" (maliyyələşdirməni kəsmək), "Mamba", "Kraken", "quarantine" (karantin), "antebellum" (müharibə öncəsi) və sair sözlər olub.

İngilis dilinin nüfuzlu lüğəti "Collins English Dictionary" isə 2020-nin əsas sözünü "lokdaun" adlandırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 395 361 395 339 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.