Tarixin tozLu səhifəLəri:-3Dekabr
3 dekabr
İlin 337-ci günü (uzun illərdə 338-ci)
İlin sonuna 28 gün qalır.
Mühüm hadisələr:
1966 — "Naməlum əsgər"in cənazəsinin qalıqları Moskvada Kreml divarları yanında dəfn edilmişdir.
1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
1984 — Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olmuşdur.
1988 — Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
1994 — "Gürcüstan və Azərbaycan Dostluq evi" İctimai İttifaqı təsis olunmuşdur.
1996-cı il- ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.
2008 - Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında "Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.
Doğum günləri:
1995 - Azərbaycan Silahlı Qüvvələrinin giziri Nirlan Bayram oğlu Əsgərov Masallı rayonunun Kalinovka kəndində anadan olub.
Gizir Nurlan Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
1953 — Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov Bakı şəhərində anadan olmuşdur.
1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır : qəhrəmanımız əslən həmin kənddəndir.
Vəfat etmişdir:
1953- İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid Həsən bəy qızı Ağayeva 47 yaşında Bakıda vəfat etmişdir.
1960 - Planetimizin ən qocaman sakinlərindən biri olan Mahmud Bağır oğlu Eyvazov 152 yaşında vəfat etmişdir.
1996 - Görkəmli Azərbaycan teatr və kino aktyoru. Xalq artisti Məlik Dadaşov 72 yaşında Bakıda vəfat etmişdir.
Bayramlar və xüsusi günlər:
3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Beynəlxalq Əlillər Günü 1992-ci ildə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.