Diablo

Diablo Mətbəx 6-12-2020, 18:22

Şokoladlı pryanik

Şokoladlı pryanik
Ərzaqlar:

- 150 qr badam
- 225 qr tünd şokolad
- 2 ədəd yumurta
- 1/2 stəkan un
- 50 qr kərə yağı
- 1/2 stəkan şəkər tozu
- 1 stəkan şəkər kirşanı ("pudra")
- 1/2 ç.q. qabartma tozu

Hazırlanması:

Badamı qaynar suya salın, qabıqlarını soyun və bir qədər qurudun.
Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, yaxşı qarışdırın.
Badamı blenderdə xırdalayın, ələnmiş un və qabartma tozu əlavə edin, qarışdırın.
Yumurtanı şəkər tozu ilə yaxşı çalın, ehtiyatla şokoladlı kütləyə əlavə edin, qaşıqla qarışdırın.
Badamlı-unlu kütləni şokolad kütləsinə əlavə edin, yaxşı qarışdırın.
Xəmir olan qabı plyonka ilə bağlayın və 2-3 saat ərzində soyuducuda saxlayın.
"Pudranı" dərin boşqaba tökün.
Xəmirdən qoz boyda kürəciklər düzəldin və pudraya batırın.
Tavaya xüsusi kağız sərin, üzərinə peçenye düzün.
Sobanı qabaqcadan 160 C qədər qızdırın və peçenyeni 12-15 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 435 370 402 407 418

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.