ice berg

ice berg Texnologiya 7-12-2020, 14:19

Smartfondan hər ay silinməli olan proqramlar açıqlandı

Smartfondan hər ay silinməli olan proqramlar açıqlandı
Smartfon sahibləri tətbiqlərin, "bulud"da saxlanılan məlumatların və mesencerdən alınan mesajların aylıq "auditini" aparmalıdırlar.

Loading.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Telecom Daily" analitik agentliyinin direktoru Denis Kuskov bildirib.

Onun sözlərinə görə, mobil cihazın yaddaşını ən çox bu məzmunlar doldurur.

"İnsanların çoxunun smartfonlarında 100-dən çox tətbiq quraşdırılıb, texniki tətbiqetmələri nəzərə almasaq, onlardan yalnız 10-u daima istifadə olunur", - deyə mütəxəssis bildirib.

Kuskov qadjetdəki yerləri boşaltmaq üçün hər ay bu müddət ərzində istifadə olunmayan tətbiqləri silməyi tövsiyə edib. O, smartfonların sürətli işləməsi üçün lazımsız tətbiqlərdə "push" bildirişlərini söndürməyi və arxa planda işləyən tətbiqləri də unutmamağa çağırıb.

Kuskov şirkətlərin minimum həcmdən çox saxlanc yeri üçün əlavə pul tələb etdiyini xatırladaraq, yaddaşı təmizləyərək əlavə ödənişdən qurtulmağın mümkün olduğunu bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
464 490 459 472 459 444

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.