Diablo

Diablo Texnologiya 12-12-2020, 18:00

İnstaqram bəzi ölkələrdə işini dayandırıb

İnstaqram bəzi ölkələrdə işini dayandırıb
Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində problemlər yaranıb.

Loading.az “
Report”a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin saytında bildirilir.

Sosial şəbəkədən ən çox şikayətlər Böyük Britaniyadan, Polşadan, Macarıstandan, İtaliyadan, Fransadan və Avropanın digər başqa ölkələrindəndir. İstaqrama girişlə bağlı çətinliklər həmçinin ABŞ-da, Braziliyada və Argentinada da müşahidə olunur.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 60 %) xəbər lentinə baxışla problemlərlə üzləşiblər. Bununla yanaşı, təxminən 15 % istifadəçi sosial şəbəkədə paylaşım edə bilmir. Eyni zamanda istifadəçilərin 23 %-i bildirib ki, fəaliyyət tarixçəsinə baxmaqdan məhrum olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 460 528 491 476 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.