♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 24-01-2016, 15:30

Qəlbimiz birlikdə döyünüb vursun

Qəlbimiz birlikdə döyünüb vursun


Məhəbbət dediyin dünyada dünya
Bizə bir gözəllik bəxş edib Xüda
Hərdən əhvalımı danışdır,sor,ya
Qoyma ümüdlərim saralsın solsun,
Sən ol, mən olum, dünyamız olsun,
Qəlbimiz birlikdə döyünüb vursun .....


Arzular cox müxtəlif,
Fikrimə fikrin gəlif,
Baxışlarım zillənib,
Sən gələn yola sarı,
Səsləyirəm sən yarı,
Qollarını ac mənə
Sarılım tellərinə ,
Mən bir incə kəpənək,
Qoşa danışaq gülək
Qoy olmasın ayrılıq
Axı bizki bir canıq,
Sevgimizə qıymarıq....


Bir bülbüləm avazım,notlarmda sən adlı,
Nağıllar aləmində şahzadəyəm ağ atlı,
Baxışların qəlbimdə duyğuları oyatdı,
Hə denən ürəyim,gülüm cağlasın coşsun
Sən ol, mən olum, dünyamız olsun,
Qəlbimiz birlikdə döyünüb vursun .....


Mən bir cılğın sahiləm
Sən limanım O,tayda
Arada sözlər olar,
İnciklikdən nə fayda,
Sevən aşıq küsəmməz,
Başqasını sevəmməz
Ürəyimdə adın var..
Daim səni arzular ...
Məhəbbətim ol özün
Budur sənə son sözüm
Bir sən olaq,birdə mən ,
İnan hec vaxt ölmərəm .....


Hər kəlməmdə sən varsan,dolaşsamda harada
Dünən gecə gəlmişdin,nə gözəldin yuxuda,
Min bir gözəl olsada,səndən olmaz hec harda,
Cağır gəlim bir anda,xəyallar gercək olsun,
Sən ol, mən olum, dünyamız olsun,
Qəlbimiz birlikdə döyünüb vursun .....


Qəlbimiz birlikdə döyünüb vursun

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
691 721 717 638 651 582

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.