ADMiN

ADMiN Bürclər 21-02-2017, 00:38

Bürclər - 21 FEVRAL

Bürclər - 21 FEVRAL

Qoç - konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.

Buğa - birgə fəaliyyəti razılaşdırın. Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.

Əkizlər - mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.

Xərçəng - san atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.

Şir - ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək. Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.

Qız - uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.

Tərəzi - bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.

Əqrəb - görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir.

Oxatan - alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq. Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.

Oğlaq - şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.

Dolça - ikinci dərəcəli işlərlə məşğul olmayın. Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.

Balıqlar - işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
705 648 623 650 608 619

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.