ADMiN

ADMiN Bürclər 22-02-2017, 15:17

Bürclər - 22 FEVRAL

Bürclər - 22 FEVRAL


Qoç - işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq. Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın.

Buğa - səhhətinizə diqqət yetirin. Əsəbi və fiziki yorğunluğa imkan verməyin, münaqişəli situasiya yaratmayın.

Əkizlər - yanınızda sizi anlayacaq, problemlərinizi bölüşəcək, yaşamınızda baş verənlərə görə məsuliyyətin bir hissəsini qəbul edəcək insan olarsa, işlərin axarı daha da asanlaşacaq. Xərclərə nəzarət edin. Alış-verişdə diqqətli olun.

Xərçəng - ciddi və önəmli məsələlərlə bağlı ünsiyyətin mühüm olduğu gündür. Gərəkli insanlarla görüşün, yazışmada passivlik etməyin. Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər.

Şir - alacağınız xəbərlərin arasında sizi daha aktiv edəcək, hərəkətə gətirəcək məlumat da olacaq. İrimiqyaslı iş və ya yeni layihə ilə bağlı planlar qurmayın.

Qız - dəyişən situasiyaya vaxtında reaksiya verin. Ailədəki problemlərdən biri üzə çıxacaq. Müəyyən məsələ ilə bağlı sürətli və qəti qərar qəbul etmək gərəkdir.

Tərəzi - yerdəyişmələrin intensivliyini azaldın. Gərgin durum qəza və travma risklərini artırır. Hər vədə şirniklənməyin, soyuqqanlı və məntiqli olun.

Əqrəb - aktiv, gərgin gündür. Məntiq və zərurət çərçivəsində davranın. Kollektivdə xırda problemlər və detallarla bağlı yaranmış təlaşı dəf edin. Gerçəkdən də, mühüm məsələdən diqqəti yayındırmayın.

Oxatan - emosiyalarla hisslərdə qarışıq dövr başlanacaq. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun.

Oğlaq - kimsənin yoluna keçməyin. Ağır vəziyyətə düşərək yardım istəyən insana dəstək verin. Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.

Dolça - münaqişəli situasiyanın mərkəzində ola bilərsiniz. Sizə qarşı sərt və yetərincə aqressiv təzyiq cəhdləri olacaq. Bu səbəbdən də məşğuliyyət, fəaliyyət və ünsiyyət dairəsini seçəndə diqqətli olun.

Balıqlar - çox mürəkkəb problemi həll etməli olacaqsınız. İmpulsiv davranmayın, birmənalı olmayan vəziyyətdə bir qədər fasilə edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
681 689 668 698 592 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.