ice berg

ice berg İdman 22-12-2020, 08:00

2020-ci ilin ən bahalı 10 transferi

2020-ci ilin ən bahalı 10 transferi
Dünya futbolunda 2020-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb.

LoaDinG.aZ'ın məlumatına görə, koronavirus pandemiyasına baxmayaraq, Avropanın aparıcı klubları yüksək məbləğlər ödəyərək heyətlərini gücləndiriblər.

Siyahının ilk pilləsində Almaniya "Bayer"indən İngiltərənin "Çelsi" klubuna keçən Kay Haverts qərarlaşıb. London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyib.

İkinci sırada İspaniya "Barselona"sından İtaliya "Yuventus"una yollanan Artur Melo (72 milyon avro) qərarlaşıb. Üçüncü mövqedə isə Fransa "Lill"ini İtaliya təmsiçisi "Napoli"yə dəyişən Viktor Osimhen (70 milyon avro) yer alıb.

1. Kay Haverts - "Bayer" (Almaniya) >> "Çelsi" (İngiltərə) - 80 milyon euro

2. Artur Melo - "Barselona" (İspaniya) >> "Yuventus", (İtaliya) - 72 milyon avro

3. Viktor Osimhen - "Lill" (Fransa) >> "Napoli", (İtalia) - 70 milyon avro

4. Ruben Dias - "Benfika" (Portuqaliya) >> "Mançester Siti" (İngiltərə) - 68 milyon avro

5. Miralem Piyaniç - "Yuventus" (İtaliya) >> "Barselona" (İspaniya) - 60 milyon avro

6. Timo Verner - "Leyptsiq" (Almaniya) >> "Çelsi" (İngiltərə) - 53 milyon avro

7. Ben Çiluell - "Lester" (İngiltərə) >> "Çelsi" (İngiltərə) - 50,2 milyon avro

8. Mauro İkardi - "İnter" (İtaliya) >> PSJ (Fransa) - 50 milyon avro

9. Tomas Partey - "Atletiko" (Madrid, İspaniya) >> "Arsenal" (İngiltərə) - 50 milyon avro

10. Natan Ake - "Bornmut" (İngiltərə) >> "Mançester Siti" (İngiltərə) - 45, 3 milyon avro

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
723 719 651 567 641 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.