ice berg

ice berg İdman 22-12-2020, 14:30

Messi bu mükafata yeddinci dəfə sahib çıxdı

Messi bu mükafata yeddinci dəfə sahib çıxdı
İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi Piçiçi mükafatına layiq görülüb.

LoaDinG.aZ klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı hücumçu La Liqanın ən yaxşı bombardiri üçün nəzərdə tutulan kuboka yiyələnib. O, ötən mövsüm 25 qol vurub. 33 yaşlı forvard karyerasında 7-ci dəfə Piçiçi Kubokunu əldə edib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm La Liqada 13 oyuna 6 qol vurub. Argentinalı "Valensiya" ilə 2:2 hesabı ilə bitən son qarşılaşmada "bir klubda ən çox qol vuran futbolçu" adını da təkrarlayıb. Belə ki, "Barselona"nın heyətində 643-cü qolunu vuran Messi bununla da əfsanəvi braziliyalı futbolçu Pelenin "Santos"da əldə etdiyi nəticəyə şərik çıxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 626 578 556 643 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.