ADMiN

ADMiN Video, Klip 22-02-2017, 22:48

Samiraldo filmə çəkilir - "Açıldı?" ViDEO


Stilist Samir Əliyev ötən gecə paytaxtda geyim mağazalarının açılışında iştirak edib.
 
Loading.az-ın məlumatına görə, o, APA TV-yə eksklüziv açıqlamasında bildirib ki, bu il bir ilkə imza atmağı planlaşdırır: 
“Bir az başım qarışıqdır. Bu yaxınlarda film çəkiləcək. Baş rolda mənəm”.
 
Ekran əsəri Samir Əliyevin həyatına həsr olunub:
 
“Filmin rejissoru Ceyhun Məmmədovdur. Filmin adı da “Açıldı?” olacaq”.
 
Komediya janrında çəkiləcək ekran əsəri Samiraldonun gündəlik həyatı barədədir. Samir Əliyev əlavə edib ki, filmdə onun yaxın adamları da iştirak edəcək. Lakin onların kimliyi hələ ki, dəqiq deyil:
 
“Sırf təbii film olacaq. İndiki filmlərdə sünilik çoxdur. Amma burada sünilik olmayacaq. Necə ki, Misir müəllimlə bağlı videoda təbiilik var, film də elə təbii olacaq”.
 
Qubada, Şəkidə və digər bölgələrdə reallaşacaq çəkilişlərə may ayında start veriləcək. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
795 879 752 755 854 720

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.