ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Bürclər 28-12-2020, 18:18

GündəLik bürcLər:28.12.2020

GündəLik bürcLər:28.12.2020
Qoç - uğurlu və münasib gündür. Yeni layihələrə başlamaq, mühüm danışıqlara qatılmaq, potensial tərəfdaşlar və sifarişçilərlə müzakirələr aparmaq olar. Qarşınızda yeni perspektivlər açılır.

Buğa - yeni planlar yaradıcılıq potensialınızın daha parlaq şəkildə reallaşmasına təkan verəcək. Səyahət və səfərlər üçün münasib vaxtdır. Yeni təəsüratlar pozitiv, emosiyalar yaxşıdır. Romantik tanışlıq ola bilər.

Əkizlər - gün uğurlu olacaq. Başladığınız işləri ən yaxşı şəkildə başa vurmağa çalışın. İşlərinizdə qayda yaratmaqla yanaşı, yardıma ehtiyacı olan insana kömək edin.

Xərçəng - ən cəsarətli layihələrin reallaşdırılmasına başlamaq olar. Çəkinməyin, irəliləyin. İşdə sizə kömək ola biləcək insanla qarşılaşacaqsınız. Həmin adamda xoş təəssürat yaratmağa çalışın.

Şir - yaxınlarınızla münasibətlərdə həssas olun, sevdiyiniz insanın qayğısına qalın. Yeni tanışlıqlar asanlıqla yaranır. Təmaslarda diqqətli olun. Ləyaqətsiz insanlarla əlaqə qurmayın.

Qız - ağır problem yarana bilər. Müşkülün öhdəsindən gəlin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlamayın, səbrli və diqqətli olun. Çətinliklərinizlə baş-başa qalmayın.

Tərəzi - hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək. Əvəzində şəxsi münasibətlərdə irəliləyiş olacaq.

Əqrəb - belə problem həllini tapmazsa və zəruri tədbirlər görülməzsə, ciddi münaqişə yarana bilər. Alış-veriş, sərmayə yatırmaq məsləhət deyil.

Oxatan - yaxın ətrafınızdakı insanların, qohumların və dostların dəstəyinə bel bağlamayın. Sözsüz, onlar sizə kömək etmək istəyirlər. Di gəl, onlardan nə istədiyinizi dəqiq bilmirlər.

Oğlaq - sürəkli çətinliklər yaranır və onların dəf olunması böyük qüvvə tələb edir. Baş verənlərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.(ÊLfidÂ`ya özəl:bu çətin günü asanlaşdırmaq elədə çətin deyil.Sadəcə sizin mükəmməl olduğunuzu sübut etmək üçün arxanızca danışanları vecinizə almamağınız kifayətdir.Bunun öhtəsindən gələcəksiz..Gəlməlisiz.)

Dolça - əvvəlki vaxtlarla müqayisədə ev işləri daha çoxdur. Nə etmək gərəkdiyini yaxşı bilin, çaş-baş qalmayın. Gəlirlər olacaq. Amma onlar gözlədiyiniz qədər böyük deyil. Günün ikinci yarısında əhvalınız pisləşə bilər.

Balıqlar - başladığınız işləri tamamlamamış yeni işlər planlaşdırmayın. Çalışdığınız məkanda problemlər yarana bilər. Ətrafınızdakı insanlar təşəbbüslərlə çıxış etməyinizə alışıblar. Çətin situasiyalarda lider olun. Tənbəllik etməyin, ətalətə qapılmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 555 516 558 543 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.