İnara

İnara Mətbəx 29-12-2020, 20:00

Yeni İl Salatı

Yeni İl Salatı
Tərkibi:

2 ədəd kök,
3 ədəd kartof,
2 ədəd xiyar turşusu,
3 ədəd çuğundur,
2 ədəd yumurta,
1 st. qoz,
200 qr mayonez (təxmini),
duz,istiot

Hazırlanması:

Əvvəlcə tərəvəzləri və yumurtanı suda bişiririb, soyumasını gözləyirik. Soyuduqdan sonra bişirilən bütün ərzaqları sürtgəcdən keçiririk. Salatı hazırlayacağımız qaba ən alt qatdan kartofu əlavə edib, duz, istiot səpirik və üzərinə mayonez çəkirik. Daha sonra yumurta əlavə edib, yenidən mayonezliyirik. Növbəti qata çuğundur və xırda doğranmış qoz əlavə edib, üzərini mayonezləyirik. Bu qayda ilə qalan ərzaqlarımızı da qat-qat əlavə edib, arasına mayonez çəkirik. Son qatda isə həm üzərini, həm də kənarlarını mayonezləyirik. Nəhayət, üzərini bəzəyirik. Soyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
730 694 622 635 635 678

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.