Gulusum

Gulusum Maraqlı 30-12-2020, 09:00

Sevgi öldürür...

Sevgi öldürür...
Həkimlər «sınmış qəlb sindromu» müəyyənləşdiriblər. Britaniya alimlərinin açıqlamalarına görə insanlar yalnız qorxudan və qəmdən deyil, həm də sevgidən ölə bilərlər. «Dəf olunmayan qorxu, güclü mənəvi sarsıntılar və əksinə sevinc ürək çatışmazlığına gətirib çıxara bilər» — deyə ürək cərrahı Lion Aleksandr bildirib. «Sınmış qəlb sindromu»nun səbəbi güclü adrenalin axınının ürəyin aşağı kameralarını iflic etməsi və bütün yükü yuxarı kameralara ötürməsidir. Bu vaxta qədər hesab olunurdu ki, adrenalin ürəyi daha tez işlədir. Lakin doktor Lionun kəşfi sübut edir ki, bəzi hallarda adrenalin əksinə zəiflik gətirir və həyat üçün vacib orqanları iflic edir. Bu da nəticədə ölümə səbəb olur. Doktor Lion tərəfindən aşkar edilmiş sindrom həm də insanların yaxınlarını qəflətən itirdikdən bir neçə gün sonra ölmələrinin də səbəbini açıqlayır. Doktor Lion hesab edir ki, «sınmış qəlb sindromu»ndan ölənlərin sayı rəsmi statistikadakından daha çoxdur. Çünki bu sindrom adi ürək çatışmazlığı kimi qələmə verilə bilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 421 394 363 406 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.