ice berg

ice berg Texnologiya 1-01-2021, 23:00

Whatsapp hesabını elə keçirən yeni saxtakarlıq halı aşkarlandı

Whatsapp hesabını elə keçirən yeni saxtakarlıq halı aşkarlandı
Dünyanın aparıcı mesajlaşma platformalarından olan WhatsApp-da hesablarının oğurlanmasına səbəb olan yeni saxtakarlıq metodu aşkarlanıb.

LoaDinG.aZ xəbər verir ki, saxtakarlıq istifadəçinin WhatsApp-dan göndərilən kodu paylaşdığı üçün hesabının avtomatik ələ keçirilməsi nəticəsində baş verir.

Bu zaman istifadəçinin telefonuna bir mesaj göndərilir və bu, WhatsApp-ın ilk quraşdırılması zamanı alınan doğrulama SMS-i ilə eynidir. Bu anda istifadəçiyə başqa bir nömrədən mesaj göndərilir: "Salam, bağışlayın, səhvən sizə SMS olaraq 6 rəqəmli kod göndərdim, xahiş edirəm mənə geri göndərəsiniz".

İstifadəçi göndərdiyi SMS-dəki kodu paylaşdıqda WhatsApp hesabı başqası tərəfindən ələ keçirilir.

Xatırladaq ki, bu cür mesajlara etibar edilməməlidir. WhatsApp-ın doğrulama kodu yalnız istifadəçiyə xasdır və onu başqası ilə bölüşmək olmaz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 404 464 431 487 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.