Xəyallar

Hər bir insan xəyal qurar kimliyindən aslı olmayaraq. Bəzən kiçik xəyallar geçəkləşər ama kiçik xəyallar gerçək olduqca insan daha böyük xəyallar qurmağa başlayar və sonda böyük xəyallar gerçəkləşməz. Böyük xəyallar bir gəmiyə bənzər çatacaq bir limanı olmayan gəmiyə ama bu gəmi irəlləyir gedəcək bir yeri olmasa belə. Biz xəyalları qurub sonra inanarıq elə bil gerçəkmiş kimi və illər keçdikcə qurduğumuz xəyalların yerini gerçəklər doldurar biz istəməsək belə biz gerçəkləri görərik ama bəzən qəbul edə bilmirik ona görə xəyallar dünyasına gedirik böyük xəyallar qururuq ama bu xəyal gəmisini biz özümüz yaratdıq unutmayaq ki, heç bir xayal gəmisi gerçəklər dənizində çox irəlləyə bilməz və sonda batar.







