Papatya_016

Papatya_016 Maraqlı 8-01-2021, 11:00

Rəssamlıq♥

Rəssamlıq♥
Təsviri incəsənətin ən qədim növlərindən biri. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması.

Adrian van Ostade. Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası
Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.

Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:
•monumental rəssamlıq;
•dekorativ rəssamlıq;
•teatr-dekorativ rəssamlığı;
•miniatür rəssamlıq;
•dəzgah rəssamlığı.


Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.

Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.

Məzmun etibarilə rəssamlıq sənəti bu janrlara bölünür*
•tarixi rəssamlıq;
•mifoloji rəssamlıq;
•məişət rəssamlığı;
•portret rəssamlığı;
•mənzərə rəssamlığı;
•natürmort rəssamlığı və s.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 400 441 390 419 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.