ADMiN

ADMiN Video, Klip 26-02-2017, 15:02

Azərbaycanın ən yaşlı sakini ViDEO

Ölkənin ən yaşlı sakini olan Vəsimə Abbasova, Lənkəranın Gərmətük qəsəbəsində yaşayır.

Loading.az ARB TV-yə istinadən xəbər verir ki, Vəsimə nənənin sənəddə 106 yaşı olduğu qeyd olunsa da, Fiziologiya institutu tam dəqiqləşdirilmiş məlumatı açıqlayıb və onun 104 yaşında olduğu müəyyənləşib.

Yaşına baxmayaraq Vəsimə nənə özünü gümrah hiss edir, hətta ev işlərini də özü görür. 7 övladı, 27 nəvəsi, 46 nəticəsi və 8 kötücəsi olan Vəsimə nənə, nəsilin uzunömürlü olan tək üzvü deyil:

“Mənim anam 111 yaş yaşayıb. Bacım 91 yaş”.

Vəsimə nənə qədər yaşları olmasa da, ətraf kəndlərdə də xeyli sayda uzunömürlü insan yaşayır. Lənkəranda uzunömürlülərin, yəni yaşı 90-nı keçənlərin ümumi sayı 107 nəfərdir. Onlardan biri olan Gərmətük qəsəbə sakini Kafiyə Babayevanın isə 96 yaşı var:

“15 yaşında dədəmin evində işləmişəm. Kartof əkmişik, pomidor əkmişik. 70 yaşa qədər işləmişəm. Bir də ki, mən quru xörək yeyə bilmirəm. Ancaq sulu xörək yaxşıdır mənimçün”.

Kafiyə nənə indi də təsərrüfat işləri ilə məşğul olur. Hətta təndirdə çörək bişirdiyini də bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
606 631 478 536 531 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.