KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 9-01-2021, 11:30

Yatmazdan əvvəl bunlara diqqət edin

Yatmazdan əvvəl bunlara diqqət edin
Uzun müddət yuxusuzluqdan əziyyət çəkirsinizsə, problemin həllini bitkilərdə axtarın.
Bir ay ya da daha uzun müddət davam edən, yuxuya dalma və yuxunu davam etdirmə mövzusundakı problemlərdə mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Çünki yuxusuzluq bir simptomdur və bir çox xəstəliyin xəbərçisi ola bilər. Bu xəstəliyin tez üzə çıxması və müalicəsi üçün yaxşı üsuldur. Ancaq həkimə gedənə qədər yuxusuzluğu aradan qaldıran bitkilərin köməyindən yararlanmaq mütləqdir.

İlıq bananlı-ballı süd için
Adaçayı faydalı bir ədviyyatdır. Bal və sirkə əlavə edilib içilsə, huzursuzluq səbəbi ilə yuxuya gedə bilməyənlərə və aşırı yorğun olanlara yaxşı təsir edir. Adaçayı gecə tərləməsi ilə yuxusu bölünənlər üçün də yararlıdır. Adaçayı içilmir lakin qarqara edildiyində xroniki yuxusuzluqdan və baş ağrısından əziyyət çəkənlərə yaxşı təsir edir.
Çobanyastığı və ihlamur da yuxuya getməyi asanlaşdırır.
Yatmazdan 10-15 dəqiqə əvvəl ilıq bananlı-ballı süd içmək və günəbaxan yağı ilə qarqara etmək yuxuya getməyə kömək edir.
Borani, portağal, mandalin və armud kimi meyvələr cəfəri, nanə kimi göyərtilə də yuxuya tez getməyi təmin edir.
Yuxu haqqlnda doğru bilinən səhvlər
Səhv: Yataqda nə qədər çox qalsam, o qədər çox yataram.
Düzgün: Yataqda yuxuya getməyi gözləmək yerinə, yuxu gələnə qədər başqa bir şeylə maraqlanmaq, kitab, jurnal oxumaq daha düzgündür.

Qaranlıq otaq
Yuxuya rahat getmək üçün ən vacib faktorlardan biri qaranlıq məkandır. Bunun üçün otaq tamamilə qaranlıq olmaldır.

Yatmazdan əvvəl bunlara diqqət edin
Gecə yuxusu üçün ən ideal saatlar 22.00 ilə səhər saat 06.00-dır. Bədən özünü saat 23.00 ilə 01.00 arası yeniləyir. Bu saatlarda yuxuya getmək bədən üçün çox əlverişlidir.
Yatmazdan əvvəl həzmi çətin olan yeməklər yeyin. Saat 20.00-dən sonra yemək yeməmək, 21.00-dən sonra çoxlu su içmək yuxunu asanlaşdırır.
Gecələr qəhvə və spritli içkilər içməyin. Yatmazdan əvvəl 10-15 dəqiqə yaşıl çay için.
Hər gün eyni saatda yuxudan qalxıb və yatmaq saatını müəyyənləşdirin.
Yatmazdan əvvəl isti duş alın.
Yatarkən stress yaradan və sıxıcı şeylər haqqında düşünməyin.
Ayaqlarınızı isti saxlayın və rahat yastıq seçin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 338 398 338 323 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.