ParadiseSark

ParadiseSark Maraqlı 12-01-2021, 11:30

Bilirsinizmi?

Bilirsinizmi?
"Ölsəm, bağışla" 1989-cu ildə real həyat hadisələri əsasında çəkilmiş bədii filmdir.

***********************************************************

Film dram və məhəbbət janrındadır.

***********************************************************

Filmin Rejissoru Rasim Ocaqov, Ssenari müəllifi Rüstəm İbrahimbəyov, Bəstəkarı isə Emin Sabitoğludur.

***********************************************************

Filmin ilk baxış tarixi 1989-cu il 24 oktyabrda olmuşdur.

***********************************************************


Film əsas etibarilə Bakıda və Kislovodskda çəkilib.

***********************************************************


Filmin mühüm səhnələri pavilyonda, küçədəki dava səhnəsi İçərişəhərdə çəkilib.

***********************************************************

Film rus dilində olub, sonradan Azərbaycan dilinə dublyaj edilib.

***********************************************************

Filmdə istifadə edilən pullar mətbəədə çap olunmuş dubllar idi.

***********************************************************


"Ölsəm, bağışla" filmi 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin 1-ci festival müsabiqəsində ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.
1992-ci ildə Türkmənistnda keçirilən «1-ci Regional İpək Yolu» kinofestivalında isə ən yaxşı qadın və ən yaxşı kişi roluna görə Gülzar Qurbanova və Fəxrəddin Manafov festivalın baş mükafatı olan «Qran- Pri» alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 393 335 358 364 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.