ParadiseSark

ParadiseSark Hekayələr 12-01-2021, 20:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 15

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 15
15-ci bölüm...
----- Nazlı'------

Hava günəşli idi, əsən sərin meh saçlarımı havada uçururdu. Bu gün Kərimlə görüşmək üçün onun dediyi məkana gedirdim. Mən alışmışdım ya da xarakterim bu idi ki tanımadığım insanlarla onları tanıyan biri kimi davranırdım. Azad, Sara, Kənan... Onlarla da belə tanış olmuşdum... İndi isə Kərim... Onu tanıdığım neçə gün idi? Unutmuşdum... Şəkillərimin onda qalmasına özüm icazə vermişdim... Bu gün də onunla görüşürdüm.. Fikrim dumanlı idi.. Həyat məni yenə harasa sürükləyirdi ... Normal düşünə, normal hərəkət edə bilmirdim... Dünən olanlar məni dondurmuşdu. Kənana qarşı hisslərim vardımı? Ürəyim sızıldayırdı sadəcə.. Kənan'la bir daha qarşılaşmayacaqdım, yəqin..Aramızda olan tək şey dəhşətli gecə idi. İllərin unutdurmadığı o gecə.. Yaşananlar nə qədər acı olub unudulmasa da artıq keçmişdə qalmışdı.. İkimiz də heç nə olmamış kimi davranmağa məcbur idik...
Başımı sağa-sola edib düşüncələrdən qurtulmağa çalışdım. Kərimin ünvanını atdığı kafeyə çatmışdım. Deyəsən, ondan əvvəl gəlmişdim. Özümə uyğun bir yer seçərək əyləşib ətrafa nəzər saldım. İnsanlar necə də xoşbəxt görünürdü.. Diqqətimi mənə yaxınlaşan balaca qız çəkdi. Əlindəki kiçik qutunu mənə verib qaçdı. Təəccüblə qutunu açdım. Bu mənim ən sevdiyim şokolad idi. Gülümsədim. Kərimin səsi eşidildi: "Bura bax."
Arxaya çevrildim. Kərim yenə şəklimi çəkirdi.. Gülərək mənə yaxınlaşıb salamlaşdı..
Mən: Yenə məndən icazəsiz şəklimi çəkirsən.
Kərim: Şokolad qarşılığında.( gözünü qırpdı)
Mən: Bu şokoladı sevirəm. Necə bildin?
Kərim: Təsadüfə bax. Bəxtim gətirib, deməli. ( gülümsədi)
Mən: Ancaq, şokoladla məni aldada bilməzsən.
Kərim: Sən mənim İlham Pərim oldun. Çatışmayan tək parça sən idin. Anlıq görüntülərin mükəmməl detalısan..
Nə deyəcəyimi bilmirdim. Kərim bütün ümidini mənə bağlamışdı. Üzünə ifadəsiz şəkildə baxdım.
Kərim güldü: Cığallıq etmə. Sən razılaşmısan.
Mən: Kərim, ümid edirəm səninlə razılaşdığım üçün peşman olmayacam.
Kərim: Başa düşürəm səni. Məni tanımırsan, mənə güvənmirsən. Amma, Əmin ola bilərsən güvənini sarsıtmaram...
Evə qayıdanda hava qaralırdı. Kərimlə xeyli söhbət etmişdik.. Yaxın günlərdə fotosərgi təşkil edəcəkdi.. Bu onun ilk sərgisi olduğu üçün həyəcanlı idi. Məndən şəkil seçimində ona kömək etməyi xahiş etmişdi... Kərim açıqsözlü, səmimi, gülərüz idi. Ona "Yox" deyib qəlbini qırmaq istəmirdim. Evə çatanda nə qədər yorulduğumun fərqinə vardım. Duş qəbul edib, yemək yedim. Bu sırada anam zəng etdi. Hələ də iş tapmamışdım. Onu məyus etmək istəmirdim. Tezliklə özümə iş tapacağımı demişdim.. Anamdan heç nə gizlətmirdim, Kənanla aramda yaşananlardan başqa hər şeydən xəbəri vardı. Ona Kərimdən də bəhs etmişdim.. Yenə gecə idi və mən yata bilmirdim.. Görəsən, heç nə düşünmədən yuxuya dalmaq şansım olacaqdımı?
Çarpayıdan qalxıb pəncərəni açdım. Həyətdəki işıqlar hələ də yanırdı, aşağı boylandım. Səbəbim məlum idi, bəlkə Kənan gələrdi. Sonra Kənanın Leylagilin həyətində gözləməsini xatırladım. Özümü bir kənara atılmış lazımsız əşya kimi hiss edirdim. Gecənin səssizliyini ayaq səsləri pozdu. Ürəyim tez-tez döyünməyə başladı. Cəld gecə lampasını yandırıb otağın işığını söndürdüm.. Bunu niyə etdiyimi bilmədim. Elə hiss edirdim ki, Kənan gəlib. Aşağı baxdım hisslərim məni aldatmamışdı.. Orada idi.. Gözləyirdi.. Gəlmişdi.. O mənimlə üzləşməyə cəsarət etmirdi, mənlə birlikdə 1 dəqiqə belə qalmaq istəmirdi. Ancaq mən onunla danışmaq istəyirdim. Nə danışacağımı bilməsəm də.. Pəncərəni yavaşca örtüb işığı söndürdüm. Qaranlıq ürəyimi sıxmağa başlamışdı. Telefonun işığını açıb küncə qısıldım. Mənim qaranlıqdan qorxduğumu bilirdi. İşıqlar sönülü olduğu üçün narahat olacaqdı. Bu vəziyyətdə 5 dəqiqə idi ki gözləyirdim. Az sonra telefonuma zəng gəldi.. Bu nömrə telefonumda qeyd olunmamışdı. Anlamışdım ki, zəng edən Kənandır. Deməli, nömrəmi unutmayıb. Bu halıma qəhqəhə ilə gülməyə başladım.. 15-ci dəfədir ki zəng edirdi.. Etdiyim bu uşaqca hərəkəti nəyə borcluydum? Qapı zənginin səsi ilə diksindim. Yavaş addımlarla qapıya yaxınlaşıb gözlükdən baxdım.. İlahi, Kənanın evə gələcəyi heç ağlıma gəlməmişdi. İşığı yandırıb dərin nəfəs aldım. Qapını açdım.. Qorxu dolu baxışlarını mənə yönəltmişdi. Bu halı o qədər gülməli idi ki. Daha özümü saxlaya bilməyib möhkəm güldüm. Təəccüblə üzümə baxırdı. Kənan ani hərəkətlə qapını örtüb məni özünə çəkdi. Qollarımı möhkəm sıxmışdı,ağrını hiss edib üzümü turşutdum: Nədir? Narahat olmusan ?
Kənan: Uşaqca hərəkət etdiyinin fərqindəsən?
Mən: Hər nə edirəmsə edirəm. Sənə nə?
Kənan: Səbrimi sınama!
Mən: Sınasam nə olacaq? Məni qorxudursan?
Kənan: Nazlı!
Baxışlarını üzərimdə gəzdirdi, əynimdəki köynəyə diqqətlə baxdı. Həmin gecə əynimdə bu köynək vardı. Divara yumruq vurub qışqırdı: Lənət olsun!
Əsəbi şəkildə mənə doğru yaxınlaşdı. Bayaqkı məndən əlamət qalmamışdı. Qorxudan bir addım geri atdım. Titrək səsimlə "Yaxınlaşma" deyə bildim. Mənə qulaq asmayıb aradakı məsafəni bağladı. O qoxunu yenə xatırlamışdım. Ürəyim yerindən çıxacaqdı... Özümü toplayıb danışmağa başladım: "Azadın qardaşısan"
Kənan: Deməli, anladın.
Mən: Daha bunun bir önəmi var? Azad yaşamır!
Kənan: Bu tamamilə mənə aid məsələdir. Sən mənim Azadın qardaşı olduğumu bilsən də bu heç nəyi dəyişməzdi.
Mən: Bəlkə dəyişərdi.
Kənan: Amma dəyişmədi. Nə yaşanmalı idisə yaşandı.
Mən: Adını dəyişsən də ruhun donub sənin..
Kənan: O gecənin yaşanmasına görə peşmanam. Həmin günü geri qaytara bilməyi çox istədim. Amma olmur.
Mən: Getməsən hər şey fərqli olardı. Qalıb yaramı sağalda da bilərdin.
Kənan: Azad istədi getməyimi. Hər şeyi ona danışmışdım. Həmin gün aramızda ilk və son dəfə böyük mübahisə yaşadıq. Sənə etdiyimə görə məni bağışlamırdı.
Kənanın sözlərini həzm etməyə çalışırdım. Deməli, Azad hər şeyi bilirdi. Ona görə yanımdan ayrılmırdı. Mənə qardaşının yaşatdığı acını unutdurmaq istəyirdi.. Hisslərimi unutmuşdum.. Gözlərim doldu:" Kaş hər şey başqa cür olardı,Kənan".
Kənan əlini yanağımda gəzdirib göz yaşımı sildi: "Səndən şans istəyirəm. İcazə ver düzətməyə çalışım hər şeyi."
Mən: Leyladır sənin fikrini qarışdıran. Məni ona bənzədirsən. Yoxsa heç bir halda mənə yaxın gəlməzsən.
Kənan: Leyla yoxdur. Onu sevməmişəm mən. Sənlə aramızda yaşanan o gecədən sonra sildim ona aid nə varsa... İcazə ver özümü bağışladım.
Mən: Səni bağışladığım uzun müddət olub. Xəcalət çəkməyinə ehtiyac yoxdur.
İsti nəfəsini dodaqlarımda hiss etdim. Bu vəziyyətdə neçə dəqiqə dayandığımızı bilmirdim. Soyuq divarla kürəyim təmas edəndə dik atıldım. Buna icazə verə bilməzdim. Titrək səslə " Mən" deyə bildim.
Sual dolu baxışla üzümə baxdı. Özümü toplayıb qısıq səslə " Mən başqasını sevirəm " dedim.. Ürəyimin döyüntüsünü eşidirdim. Kənan məndən uzaqlaşdı, başını aşağı salıb "Sevdiyinlə xoşbəxtlik arzulayıram" deyərək getdi.. Mənə yenə Kənanın gedişini izləmək qalmışdı. İşığı söndürüb yataq otağına qayıtdım. Lampanı yandırıb yatmağa çalışdım. Ancaq yanağım boyunca axan göz yaşları buna mane oldu. Çəkdiyim ağrıdan daha böyük ağrı ürəyimə yerləşmişdi. Dediyim sözün fərqinə indi varırdım. Hansı səbəb idi məni buna məcbur edən? Yenidən tərk edilmək yoxsa itirmək qorxusu? Hönkürtü ilə ağlamağa başladım.
- Ürəyim,, Kənanı bağışlamısan??
Gözümdən axan son damla yastığıma düşdü..Özümü yuxunun qollarına təslim etdim.Dərinlərdən öz səsimi eşitdim: "Sən Kənana aşiqsən"..

15-ci bölüm sonu
Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 657 557 606 661 646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.