Ucuz və fit: Evdə edə biləcəyin 9 ədəd SPA salon proseduru.
Soyuq və tutqun hava qəlbə qəm yükləyir və darıxdırır. Qış depressiyasına düşməməkdən ötrü,hər birimiz üçün ,vaxt tapıb dincəlmək ,özünə zaman ayırmaq həyati vacibdir . Əla bir relaksasiya üsulu SPA prosedurlarıdır. Sözügedən xidmətləri bir çox gözəllik salonları təqdim etməkdədir,lakin,vaxt tapmaqdan əlavə, ödəniləcək pul da əhəmiyyətli bir məbləğ təşkil etdiyindən,hər kəs özünə bu zövqü hədiyyə edə bilmir. Skrablar Ev şəraitində hazırlanan skrabların tərkibi bitki yağı ilə əsaslanıb,qabıqlandırma xüsusiyyətinə malik əlavələrlə tamamlanır: duz,şəkər,kofe,üyüdülmüş yulaf və ya qoz.

Ayaq pilinqi – duz skrabı
Duz skrabının tərkibinə limfatik sistemin fəaliyyətini yaxşılaşdıran minerallar və mikroelementlər daxildir,həmçinin ödemə qarşı gözəl profilaktikadır. Onu hazırlamaq üçün yarım stəkan dəniz duzu ilə 2 x/q zeytun yağını qarışdır. Əl pilinqi – şəkər skrabı Əllərin dərisi tez-tez quruyur və adi krem kömək etmirsə şəkər skrabını sına. Resept sadədir. Şəkər tozunu üzüm toxumu yağı ilə qarışdır və əl dərisini yaxşıca ovuşdur.
Bədən pilinqi – qəhvə skrabı.
Bədən dərin ipək kimi olsun istəyirsən? Yarım stəkan üyüdülmüş qəhvəni qaynar su ilə ,qatı sıyıq qarışımı alındıraraq dəmlə,yağlı xama əlavə et və dəriyə sürtüb massaj et.
Üz pilinqi – yulaf və qoz tərkibli skrab.
Bu pilinq salon prosedurlarını kölgədə qoyacaq! Yulaf və qozu bərabər miqdarda blenderdən keçir. Təmizlənmə prosedurunu qidalandırma ilə birləşdirmək istəyirsənsə,pilinqdən sonra, vasitəni dəridə 10-15 dəqiqə saxla. Yağlar Bitki yağları massaj üçün və maskalar hazırlamaq üçün istifadə olunur. Hansı yağı seçmək lazımdır(zeytun,badam,avokado,şi), özün qərar ver.
Dabanlar üçün yağ maskası.
Yazıq ayaqlarının bir neçə dəri qatını “sökən” bütün “sehirli” corabları unut. Yaxşısı budur, blenderdə yarım avokadonu,1 yumurta sarısını,yarım ədəd limonun şirəsini və 4 x/q kətan yağını qarışdır. Maskanı dabanlarına çək (ayaq vannası və pilinqdən sonra daha effektivdir), pambıq corab geyin. 30 dəqiqədən sonra ilıq su ilə yu. Əllər üçün yağ maskasI Yağı 39-40 dərəcə isit,10-15 dəqiqə əllərini onda saxla. Ardıyca,artıq yağı aradan götürmək üçün əlləri kağız salfetə toxundur (silmə!).

Otlar
Qurudulmuş otları aptekdən asanlıqla tapa bilərsən. Qəpik-quruş qiymətinə olan bu otların istifadə üsülları olduqca müxtəlifdir. Ot tərkibli saşe Ağ bez parçadan (məsələn kohnə mələfə) 10×10 sm ölçülü kvadratlar kəs,hər birinin üzərinə 2-3 x/q qarışıq ot qurusunu tök. Lipa çiçəyi,çobanyastığı,nanə yarpağı götürmək olar. Parçanı kənarlardan kisəcik şəklində bağla. Bu saşelərdən vannacıqlar üçün ot dəmləməsi hazırlamaq,üz və saçlara qulluq zamanı istifadə etmək olar. Sobada 37-40 dərəcə isidib ,massaj xəttləri boyunca üz massajı üçün istifadə etmək olar.

Daşlar
SPA salonlarda daşlardan “stoun-terapiya” keçirmək üçün istifadə edirlər. Biz sənə bu dəbli və bahalı prosedurun sadələşdirilmiş variantını təqdim edirik. Yəqin ki,nəvaxtsa dəniz kənarından müxtəlif daşlar toplamısan. Bu gün onlar sənə nəhayət ki,lazım olacaq. Daban massajı Ayaq vannası hazırla,dibinə hamar kənarlı müxtəlif ölçülü daşlar düz. 2-3 dəqiqə ərzində dabanları daşlar üstə gəzdir. Daşlar dabanın müəyyən aktiv nöqtələrinə təsir göstərərək səni qısa zamanda tonusa gətirəcək.
Üz üçün stoun-massaj.
Bu ilahi bir prosedurdur! Ən əsası da,üz dərisi bu prosedur sayəsində, sanki dünən dənizkənarı istirahətdən qayıtmış kimi görünür. Stoun-massaj üçün 2 kiçik,yumru daşa ehtiyac var. Daşlardan birini isti suya (50-60 C),digərini soyuducuya qoy. Üz və boynu massaj zolaqları boyunca daşlarla massaj et,öncə isti daş ilə,sonra soyuq.