ice berg

ice berg Mətbəx 15-01-2021, 23:15

Xvorost

Xvorost
Tərkib:

- 1 stəkan təzə qatıq
- 2 stəkan un
- 2 yumurta
- 4 x.q. şəkər tozu
- 1 çimdik duz
- bıçağın ucunda soda
- bitki yağı (qızartmaq üçün)
- pudra (üzərinə səpmək üçün)


Hazırlanması:

1. Yumurta şəkər tozu və duzla yaxşı çalınır.
2. Qatığa soda əlavə olunur, qarışdırılır, yumurtalı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
3. Un ələnir, hissə-hissə kütləyə əlavə olunur, qarışdırılır. Yumşaq, elastik xəmir alınmalıdır.
4. Xəmiri 40 dəqiqə saxlayın, sonra nazik yayın, istənilən formalarda kəsin - borucuqlar, romb.
5. Xvorost bol yağda qızardılır. Yağı dərin, divarları qalın olan qazanda və ya tavada yaxşı qızdırın, xvorostu qızılı rəng alana qədər qızardın, kəfgirlə çıxardın, kağız dəsmalın üzərinə düzün ki, artıq yağ dəsmala hopulsun.
6. Xvorost soyuyanda üzərinə pudra səpin.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 486 471 493 402 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.