Mehsuldarlığımızı öldürən şeylər
1. Səliqəsizlik
Sənədlərdə, kağızlarda, fayllarda qarmaqarışıqlıq – istər iş yerində, istərsə də kompüterdə, - sizin diqqətinizi yayındırır və qarşınızda duran iş üzərində fokuslanmağa imkan vermir. Bunu Prinston Universitetinin psixoloqlarının keçirdiyi araşdırma da təsdiq edir.
Lakin ayrı-ayrı insanlar nizamsızlığı fərqli-fərqli qavrayır. Kiminsə qüsursuz təmizliyə sahib iş stolundan xoşu gəlir, kimin üçün isə də hər tərəfə səpələnmiş kağızların yoxluğu darıxdırıcı gəlir.
Həlli: Sizin üçün ideal olan səliqəlilik dərəcəsini tapın ki, hər bir xırda şey sizin diqqətinizi yayındırmasın. Ofisdə səliqəni öz əllərinizlə hazırlamalı olacaqsınız, kompüterdə isə bir çox şeyi avtomatlaşdırmaq olar.
2. Havasızlıq
Məhsuldarlıq sizin iş yerinizdəki havanın keyfiyyətindən də asılıdır. Bunu ventilyasiya və karbon qazının ofis işçilərinin koqnitiv bacarıqlarına təsirini araşdırmış Harvard alimləri də təsdiq edirlər.
Daha bir araşdırma isə pis keyfiyyətli hava və əqli əmək zamanı məhsuldarlığın azalması arasında korrelyasiya (əlaqə) müəyyən edib. Boğanaq başağrılarına və diqqət konsentrasiyasının azalmasına səbəb olur.
Həlli: Məkandakı havanın keyfiyyətini yaxşılaşdırmağa imkan verən bir neçə sadə fənd var:
- Mümkündürsə, iş vaxtı pencərəni açın. Və ya kondisioneri qoşun;
- Hava təmizləyicisindən istifadə edin. Öz iş stolunuzu otaq bitkiləri ilə əhatələməyiniz də yaxşı olar. Araşdırmalar göstərir ki, onlar havanı bir az yaxşılaşdırır və eyni zamanda da təkcə öz görünüşləri ilə əhvalı qaldırır;
- İctimai yerlərdə işləyirsinizsə, məsələn, kafedə, siqaret tüstüsündən uzaq durun;
- İş vaxtı şam və ətirli çubuqlar yandırmayın. İstirahət zamanı da bunu etməmək lazımdır: onlar faydadan çox, ziyana səbəb olurlar.
3. İstirahətin olmaması
Öz işinizə necə valeh olmağınızdan asılı olmayaraq, siz robot deyilsiniz. Əgər vaxtaşırı istirahət etməsəniz, işinizin sadə və maraqlı olmasında asılı olmayaraq, gül kimi solmaqdan qaça bilməyəcəksiniz.
Həlli: Mütləq fasilələr edin. İllinoys Universitetindən olan araşdırmaçıların sözlərinə görə, vaxtaşırı şəkildə qısa müddətli fasilələr sizin diqqət cəmləmək qabiliyyətinizi nəzərəçarpacaq dərəcədə artıra bilər.