ice berg

ice berg Maskalar 18-01-2021, 13:00

Şəkər tozu ilə pilinq

Şəkər tozu ilə pilinq
Adi şəkər tozunun köməyi ilə dərini daha hamar etmək, ölü hüceyrələrdən təmizləmək, dərinin qan dövranını yaxşılaşdırmaq olar.

(1) 1 x.q. şəkər tozu 1 x.q. kəsmik (yağlı dəri üçün) və ya 1 x.q. xama ilə (quru dəri üçün) qarışdırılır və üz dərisinə çəkildikdən sonra dəri yüngül massaj edilir. Maskanı daha sonra 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

(2) 1 x.q. şəkər tozunu 1 x.q. limon şirəsi və 1 yumurtanın ağı ilə qarışdırın, üz dərisinə çəkin, massaj edin, 10 dəqiqədən sonra yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub.

(3) 1 x.q. şəkər tozu 1 x.q. istənilən bitki yağı ilə (zeytun, qarşıdalı və s.) qarışdırılır, üz dərisinə çəkilir, massaj edilir, 10 dəqiqədən sonra ilıq su ilə yuyulur. Bu maska quru dəri üçün uyğun gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 585 532 501 583 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.