ÊLfidÂ

ÊLfid Məsləhətlər 18-01-2021, 16:30

"Su içə bilmirəm, nə etməliyəm?"

"Su içə bilmirəm, nə etməliyəm?"


İndi hər birimiz hər gün 2 litr su içməli olduğumuzu çox yaxşı bilirik. Ancaq bəzi insanlar su içməkdən çətinliklər yaşayır. Su içməkdə çətinlik çəkirsinizsə, sizə uyğun ola biləcək bu sadə üsulları sınayın. Daha çox su içdiyinizi görəcəksiniz.
Su hamımız üçün vacibdir və gün ərzində içdiyiniz çay və ya qəhvə çox təəssüf ki, suyu tam əvəz edə bilmir . Bədəninizin həqiqətən yaxşı və sağlam suya ehtiyacı var. Su içməyi sevməyənlərdən birisinizsə, sizin üçün bir neçə sadə tövsiyəmiz var.


-Suyun dadını bəyənmirsinizsə, bir dilim portağal, təzə nanə , xiyar qabığı və yaşıl alma dilimləri qoyaraq, suya dad (aroma) əlavə edə bilərsiniz.

-Bir stəkan suyun içinə bir ədəd quru ərik atın. Bir müddət gözləyin. Daha sonra suyu içib, mükafat kimi meyvəni yeyin. Xüsusilə qəbizlikdən əziyyət çəkənlər üçün daha uyğundur.

-Yeməyə başlamazdan əvvəl yeməyin bir hissəsi kimi bir stəkan su içməyə vərdiş edin.

-Gün ərzində çox çay və qəhvə içirsinizsə, susuzluq hiss etməyə bilərsiniz, ancaq bu, bədəninizin su ilə dolu olması demək deyil. Bir fincan qəhvə içdikdən sonra dərhal eyni stəkana bir stəkan su tökün və qəhvə kimi içməyə davam edin.

-Su içməyi unutduğunuza görə içməyənlərdən birisinizsə, post-it-i (yazı yazdıqdan sonra hər hansı bir səthə yapışdırıla bilən sarı kağız) kompüter ekranına yapşdırın və ya soyuducunun qapısına yapışdırın.

-Hər səhər yuxudan duranda və hər gecə yatmazdan əvvəl bir stəkan su içməyi vərdişə çevirin.

-İşə gedərkən və ya işdən qayıdarkən bir stəkan su içməyi vərdişə çevirin.

-Çantanızda kiçik bir butulkada su daşıyın.

-Avtomobildə uzun müddət vaxt keçirirsinizsə, avtomobilinizdə bir şüşə su olduğundan əmin olun.

-Kompüterinizdə çox vaxt keçirirsinizsə, alarm (budilnik) qurun və özünüzə hər saat su içməyinizi xatırlatın .

-Unutmayın ki, su sizin həyatınızda böyük rol oynayır! Vücudunuzun 55-75% -i sudur. Yəni suya ehtiyacınız var. Buna görə bu vərdişi əldə etmək üçün özünüzə 21 gün vaxt verin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 431 378 500 463 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.