Təsadüfün var olması.
Yaşadığımız həyat çox qəribədir, qəribə olduğu qədər də çox maraqlıdır. Hər günümüz bir cür fərqlidir, heç bir günümüz ötən günün təkrarı deyil... Səhər yuxudan oyandığımız andan axşam yenidən yatağa girdiyimiz ana qədər müxtəlif hadisələrlə qarşılaşırıq. Gün ərzində planlaşdırdığımız işlərlə yanaşı, heç planda olmayan bir sıra şeylərə də rast gələ bilərik. Fərqində olmadan özümüzü müəyyən situasiyalarda tapırıq. Baş verənlərin çoxunu normal qarşılayırıq, amma bəzən elə bir şeyər olur ki, onun niyə baş verməsində müəyyən səbələr axtarmağa başlayırıq.
Bəzən səbəb tapa bilməyəndə artıq bu baş verən qəribəlikləri "TƏSADÜF" adlandırırıq. Görəsən, bizim istəyimiz xaricində reallaşan bu bəzi nüanslar həqiqətən də təsadüfdür, yoxsa elə reallığın özüdür?
Həyata gəldiyim gündən bu yana rastlaşdığım hər bir hadisəni real olaraq qəbul etmişəm. Heç bir hadisənin baş verməsini təsadüfə bağlamamışam. Mənimçün doğru olan tək bir şey var ki, o da "Təsadüf deyə bir şey yoxdur, baş verən hər nə varsa, sadəcə olmalıdır deyə olub" fikridir. Bəzən insanların inana bilməyəcəkləri bir şey qarşısında "Sən bir təsadüfə bax, gör necə oldu" fikri məni həmişə düşündürür. Yoxsa mən səhv edirəm? Həqiqətən də təsadüf deyə bir şey var? Başımıza gələn bəzi qəribə hadisələr təsadüf nəticəsində olur? Yoxsa sadəcə olmalı idi?
Təsadüf, yoxsa olması mütləq olan hadisələr
İndi sualım sizlərədir. Siz, həyatda təsadüf deyə bir şeyin olduğuna inanırsınız?
Yoxsa, necəliyidən asılı olmayaraq bütün hadisələri real olaraq "Heç nə təsadüfi deyil, sadəcə belə olmalı idi" kimi qəbul edirsiniz?