KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 20-01-2021, 11:00

Özümüz özümüzə xatırladaq.

Özümüz özümüzə xatırladaq.
Zaman keçdikcə hər şey dəyişir.İnsanların davranışları, görünüşü,s özlərinin mənası, insanların münasibətləri...Bəzən bizə keçmişdə yaşananların bir kinolent kimi xatırlanmağına ehtiyacımız olur. Çünki bəzən zaman keçdikdə dəyişən MƏNimizdə itib batırıq...
Zaman keçdikcə dəb dəyişir,insanların görünüşü dəyişir.Təsadüfən foto albomu vərəqləyərkən illər öncə çəkdirdiymiz şəkli görəndə, və ya valideynlərimizin cavanlıq şəklini görəndə gülərək təəccüblənməyirikmi? “Gör o vaxtı necə olmusunuz deyə”


Bəzən yaşanan hadisələri xatırlamaq gülüş doğurur,bəzən isə utanırıq keçmişdə deyilən sözlərə görə,etdiyimiz hərəkətlərə görə...Bəzən təəccüblənirik ki “MƏN NECƏ BELƏ HƏRƏKƏT EDƏ BİLƏRDİMKİ”
Amma çox təəssüf ki, etdiyimiz hərəkətləri , dediyimiz sözləri bəzən çətin xatırlayarıq.Daha doğrusu xatırlamaq istəmərik...Utanmayaq deyə...

Amma ki, məhz elə bu saytda nə yaxşı ki,yazdığımız bütün şərhlər olduğu kimi qalir:) Bəzən sadəcə əvvəlki şərhlərimizi oxuyaraq nələr olub keçdiyini, bir vaxtlar “caaan” deyə səsləndiyimiz insanların indi “EEEEE” deyə səslənməyimizin şahidi oluruq..:)Və ya digər hadisələrin hər biri bizə sübut olaraq şərhlərimiz vasitəsi ilə yadımıza salır.


Bəs siz əvvəlki şərhlərinizi oxuyarkən "Necə belə yaza bilərdim"? dediyiniz anlar olubmu?

Amma həyatda etdiklərimiz unudulur.Yaxşı hərəkətdə pis hərəkətdə...Zaman keçdikdə hər biri unudulur. Hər zaman bir çətinliklə rastlaşdığımızda ən sonda bir çıxış yolumuz var, küsüb öz yolumuzun ayrı cığırını tapmaq...Necə də asandır keçmişin üstündən xətt çəkib yeni həyata başlamaq. Axı keçmişdə o küsülülükdən əlavə yaxşı hadisələrdə yaşanmışdı...Bütün etdiklərimizi bizə xatırladan sübut olsaydı...Hər bir insanın öz vicdanı onun üçün sübutdur.Amma vicdanın üzərindən göz yumub keçdiyimizdə o sübutlara ehtiyacımız olar...Xatırlamaq üçün...

Özümüzü özümüzə xatırladaq

Dünən kim olub bu gün kim olduğunu xatırlamaq üçün...
Dünən kiminlə dostluq edib bu gün kiminlə dostlaşdığını xatırlamaq üçün...
Dünən dediyin sözlərlə bu gün dediklərnin arasında olan fərqləri xatırlamaq üçün...
Yazdıqlarımın arasında bütün “dünənlər” və ya “bu günlər” pis obrazda deyildir.Çünki bəzən “dünənki” pis hərəkətindən “bu gün” nəticə çıxarırsan, bəzən də “Dünənki” saflığını,səmimiyyətini,insanlığını “ bu gun” itirirsən...
Bəzən özümüzün özümüzə xatırlanmağına ehtiyacı vardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 373 385 363 364 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.