ParadiseSark

ParadiseSark Hekayələr 21-01-2021, 00:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 21.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 21.
21-ci bölüm.
-----

Otağıma dolan gün işığı gözlərimi qamaşdırdı. O qədər yorğun idim ki, yuxudan oyanmaq istəmirdim. Anidən ağlıma gəldi ki Kənan evdədir. Çarpayıdan qalxıb qapıya tərəf qaçdım. Lakin, qaçışım uğurlu olmadı. Qapı ilə divar arasında ilişib yerə yıxıldım. Bu halımı Kənan görsə yenə pərt olardım. Qonaq otağına keçdim Kənanı görmədim. Mətbəxə, hamama baxdım. Kənan yox idi.. Yenə getmişdi. Amma mən onun gedişinə öyrəşmişdim. Dünən olanları xatırladım. Onun anası və mənim atam evli idi. Biz heç bir halda bir araya gələ bilmirdik. Nə vaxt ki, birləşirdik yenə ayrılmaq üçün həyat ortaya səbəb atırdı. Kərim Kənanın anasına "ana", mənim atama "ata" deyirdi. Kərimi ilk görəndə Azadı xatırlamağım...Kərimlə Azadın bənzərliyi..Deməli, Kənanın ögey qardaşı idi Kərim. Bu təsadüfdür? Yox,yox. Bunların yaşanması lazım idi və yaşandı. Kaş bu qədər yıxıcı olmasaydı yaşananlar..Hər dəfə yıxılıb ayağa qalxmaqdan yorulmuşdum.. Sabah Kərimin sərgisi olmalı idi. Hər şeyin hazır olduğu vaxtda problem yaransın istəmirdim.. Kərimə zəng etmək keçdi fikrimdən. Telefona tərəddüdlə baxdım. Kərimin Ata dediyi adam məni atıb gedən,mənə atalıq etməkdən boyun qaçıran, öz ailəsini silib başqa adamın oğluna atalıq edən doğma atam idi.. Telefonu masanın üstünə buraxıb hamama keçdim. Geri qayıdanda telefonuma zəng gəldi. Kərim idi,elə bil ürəyimi oxumuşdu. Onun zəng etməyi ürəyimcə olmuşdu. Telefonu açıb "Alo" dedim.
Kərim: Salam.
Mən: Salam, Kərim.
Kərim: Bu gün danışaq.
Mən: Sərgiyə görə d.. ( sözümü yarıda kəsdi)
Kərim: Nazlı, Sərgidən daha mühüm məsələdir. Telefonda danışmaq mümkün deyil. Saat 3-də keçən dəfə görüşdüyümüz kafeyə gələrsən.
Kərim son sözlərini deyib telefonu söndürdü. Onu ilk dəfə belə əsəbi danışan görürdüm. Hər şeyin aydınlığa çıxması ən yaxşı seçim idi. Daha boşluqlara düşməkdən yorulmuşdum. Evdən çıxana qədər Kənana dəfələrlə zəng etdim ancaq telefonu sönülü idi. Evdən çıxıb Kərimlə görüşmək üçün kafeyə getdim. Masalardan birinə əyləşib saata baxdım. Qapı açılanda nəzərlərimi oraya yönəltdim. Kərim gəlirdi, ancaq tək deyildi. Məryəm xanımın da gəlməyi məni didərgin etmişdi. Qismətimdə Kənanı atıb gedən, mənim atamla evlənən qadın ilə qarşılaşmaq da varmış. Məryəm xanımın Kənanın əslində Ayaz olduğundan xəbəri yox idi. Ən aciz kim olmuşdu yaşananlar qarşısında?Olanları həzm edə bilmirdim.Qarışıqlığın içində başımı itirmişdim. Qaçmaq istəyirdim, ancaq içimdəki səs mənə " qaçmaq zamanı deyil " deyirdi... Salamlaşandan sonra Kərim söhbətə başladı: " Nazlı, Dünən Kənanın əsəbi hərəkəti, səni aparmağı.. Mən heç nə anlamadım. Siz gedəndən sonra Atamın halı dəyişdi."
Kərim mənim atama "ata" deyirdi. Ürəyimdəki o sızıltı söz ilə ifadə oluna bilməzdi.
Mən: Kərim, necə deyəcəyimi bilmirəm. Dünən mən orada..
Kərim: Nazlı, Atam danışdı bizə.
Kərimin üzünə baxdım sual dolu baxışlarla.
Kərim səhv etdiyini düşünüb dodağını dişlədi, öskürüb: ""Sənin atan" dedi..
Məryəm xanım qısıq səslə danışmağa başladı:" Fərhad bizə hər şeyi danışdı. Qızım,Fərhadın boşandığını bilirdim, ancaq Bilsəydim ki onun övladı var, mən Fərhadla evlənməzdim".
Axı bunun nə önəmi vardı. Zaman o zaman deyildi artıq. Çox gec idi hər şey üçün. İlləri geri qaytarmaq mümkün deyildi. Günahkar kim idi axı burada? Kərim? Məryəm xanım? Atam? Məryəm xanımın səsi ilə fikirlərdən ayrıldım:" Bu mənim başıma gəlməli idi. Çünki, mən də öz ailəmi atmışam. Bir vaxtlar bunun acısını çəkəcəyimi bilirdim".
Məryəm xanım hönkürtü ilə ağladı. Dünən Kərimə hər şeyi danışdım. İndi sənə də danışmağı özümə borc bilirəm:" Mən də bir adamı sevmişdim, onunla xoşbəxt ailə qurmaq xəyalı ilə yaşayırdım. Ancaq məni onunla yox, başqası ilə evləndirdilər.. Bir oğlumuz oldu.. Amma xoşbəxt deyildim. Bir vaxtlar sevdiyim adamın ağır xəstə olduğunu öyrəndim. Gənc idim, ağılsız idim. Onsuzluğa dayana bilmədim. Həyat yoldaşımı, övladımı tərk elədim.. Sonra öyrəndim ki, ikinci övladıma hamiləyəm. Qayıtmaq istəsəm də cəsarətim yox idi. İki ay sonra vəfat elədi yanına qaçdığım adam. Həyatım alt-üst oldu. Ancaq Kərim doğuldu. Onun sayəsində ayaqlarım üstdə dayandım, gücləndim, ona görə yaşadım. Onu öz doğma qardaşından, atasından ayırdığım üçün hər dəqiqə vicdan əzabı çəkdim.
Qulaqlarıma inana bilmədim. Mən ögey qardaş olduğunu düşündüyüm Kənanla Kərim doğma qardaş idilər.. Allahım, daha nə eşidəcəkdi qulaqlarım?.. Dərindən nəfəs aldım, boğazıma qəhər yığılmışdı. Kimin dərdini çəkəcəyimi bilmirdim. Məryəm xanımın səsi quyunun dibindən gəlirdi sanki.. Diqqətimi ona yönəldib nə danışdığını aydın etməyə çalışdım: "Zaman elə gətirdi ki Fərhadla qarşılaşdım. Qısa görüşlərimiz daimiləşdi. Bir gün mənə yoldaşı ilə boşanmaq ərəfəsində olduğunu söylədi. Səbəbini soruşanda yoldaşının ayrılmaq istədiyini söylədi.. Fərhad mənə evlilik təklif edəndə Kərimə görə razılıq verdim. Kərim ata sevgisindən məhrum qalsın istəmirdim."
Məryəm xanım gözlərini quruladı. Nə deməli idim bu vəziyyətdə? Kərim başını aşağı salıb diqqətlə qulaq asırdı anasına. Aralarında olan isti münasibət dünən axşamdan sonra buz bağlamışdı sanki. Kərim anasının yanında güclə dayanmışdı. Vicdanı bu məsələdə vecsizlik etməyə əl verməmişdi..
Kərim: Atanla danışmaq istəyirsənsə.. elə indi gedək bizim evə.
Mən: Mənim onunla danışacaq sözüm yoxdur, Kərim! O bu həyatı özü seçib. Onun ailəsi ona lazım olsaydı, bizlə xoşbəxt həyatı seçib yanımızda qalardı.
Kərim: Bəlkə..
Mən: Onun haqda heç nə danışma. Sən çağırdın, mən gəldim. Sənə hörmətsizlik etmədim. O ki qaldı sizə ( Məryəm xanıma baxaraq) başqasının bədbəxtliyi üstündə qurulmuş həyat uzun müddət aydınlıqda qala bilməz.. sonu qaranlıqdır... Sizə artıq söz demək həddimə görə deyil..
Çantamı götürüb ayağa qalxdım. Sağollaşıb kafedən çıxdım. Son dəfə Kənana zəng etdim ancaq telefonu yenə sönülü idi.. Evlərinə getmək istəsəm də fikrimdən daşındım. Kənan bu vəziyyətdə evə getməzdi. Tək qalmaq istəyirdisə.. gedəcəyi yer daha 1 gecə əvvəl qaldığımız ev idi.. Yolun qarşı tərəfinə keçib avtobus dayanacağında gözlədim. Hisslərimdə yanılmırdım çox vaxt.. Avtobusda olan müddətdə Kənana zəng etdim. Zəng çatmadı yenə. Təxminən 1 saat yarımlıq yoldan sonra son dayanacaqda avtobusdan endim.. Yol tam yadımda deyildi. Yol kənarında dayanan taksilərdən birinə əyləşib ünvanı tapmağa çalışdım. Nəhayət, küçənin yuxarısındakı kiçik marketi gördüm. Gülümsəməyimə mane ola bilmədim. Kənan evdə idisə hər şey yolunda olacaqdı. Maşından enib küçə boyu addımladım.. Kənanın maşınını görüb addımlarımı tezləşdirdim.. Qapıya yaxınlaşdım. Bağlı olduğunu düşünsəm də qapı açıq idi. İçəri keçib evə doğru yönəldim. Ürəyimin döyüntüsünü eşidirdim. İndi evimdə olmağım lazım idisə də mən yenə Kənanın yanına gəlmişdim. Həm də Hər şeyi gözə alaraq....

21-ci bölüm sonu.
Müəllif-ParadiseSark.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
931 914 757 814 870 725

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.