Gulusum

Gulusum Qadın Dünyası 21-01-2021, 16:28

Qadınların zəif cəhətləri

Qadınların zəif cəhətləri
Kişini bir qadının dərdindən yalnız başqa qadın qurtara bilər.

Qadın elə bir mələkdir ki, bizi uşaqikən qoruyur, gəncikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir!

Qadınların nə hündürboy, nə arıq, nə kök, nə gözəl, nə də çirkin kişilərdən xoşu gəlir. Qadınlar onlarla məşğul olmaq istəyən kişiləri sevirlər!

Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.

Qadını idarə etməyi bacaran, dövləti də idarə edər!

Qadın - həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.

Gözəl qadınları, müdafiəsi zəif olan iri şəhərlər kimi, çox vaxt fəth etmək asan, əldə saxlamaq çətindir!

Qadın hər şeyi fitrədən bilir, kişi isə kitabdan öyrənir.

Qadını danışmağa məcbur edən min üsul var,
amma susmağa məcbur edən üsul yoxdur :)

Qadın gülərsə, bu üzsüz mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Sevən qadının fədakarlığı ölçüyə gəlmir.

Biz öz şah əsərlərimizi qadından aldığımız ilham sayəsində yazırıq.

Qısqanclıq kişidə zəiflik, qadında güc mənbəyidir.

Gözəl, lakin sevgi hissi doğurmayan qadınlar ətirsiz gözəl güllər kimidir.

Qadın evi şam kimi işıqlandırır.

Qadını Tanrı gözəl yaradır, Şeytan isə onu sevdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
625 604 657 567 606 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.