ÊLfidÂ

ÊLfid Maraqlı 22-01-2021, 09:00

Fərqli sindromlar

Fərqli sindromlar

Gapgras Hallusinasiya

Bu sıxıntıdan əziyyət çəkən insanlar çox yaxınlarındakı birinin özlərinə bənzəyən saxtakarla yer dəyişdirdiyinə inanırlar. Bu növ hallusinasiya şizofreniyası olan insanlar arasında daha çoxdur amma əlavə olaraq demnas, epilepsiya xəstələrində və başına zədə almış insanlarda da görülür.

Fregoli sindromu

Bu Capgras Hallsuniyasının tam əksi vəziyyətdir. Fregoli sindromu vəziyyətində bundan əziyyət çəkən insan fərqli insanların əslində görünüşlərini dəyişdirəbilən və fərqli insanlar kimi davranıb hərəkət edəbilən insanlar olduğuna inanırlar.


Cotard Hallusinasiya

Bu vəziyyətdən əziyyət çəkən insanlar ölü olduğuna və ya var olmadıqlarına dair hallusinativ bir inancla yaşayarlar. Bu insanlar bədənlərinin çürümə mərhələsində olduğuna inanır ya da bütün qanlarının, iç orqanlarının yox olduğunu düşünürlər. Bu vəziyyət daha çox psixoloji depressiya ya da şizofreniyadan əziyyət çəkən xəstələrdə görülür.


Paramenziya

Bu narahatlıq bir yerin nüsxəsinin yaradılmış olduğu ilə xarakterizə edilir – yəni bundan əziyyət çəkən insanlar bir məkanın eyni zamanda iki nüsxəsinin olduğuna inanırlar. Məsələn, bir paramneziya xəstəsi qaldığı xəstəxananın nüsxəsinin olduğuna və eyni zamanda başqa bir yerdə də var olduğuna inanır. Sanki paralel dünyalarda yaşayırmış kimi hiss edirlər.


Yadplanetli əl sindromu

Bu xəstəlikdən əziyyət çəkən insanlar əllərinin özlərinə aid olmadığına, öz idarələrinin olduğuna inanırlar. Bəzən yadplanetli əl sindromu yaşayanlar bir ruh, cin və ya bunun kimi bir şey tərəfindən ələ keçirilmiş olduqlarına inanarlar. Ümumiyyətlə, yadplametli əl sindromu yaşayan insanlar, beyinin iki yarımkürəsi arasında bağlantı quran corus callosum-u zədə almış insanlar olur.


Paris sindromu

Paris sindromu,Fransanın paytaxtı Paris şəhərini ziyarət edən Yaponiya vətəndaşında görülüb.Səyahətləri zamanı nevroloji bir partlayış yaşayarlar,eyni zamanda bu dünyanın başqa yerlərinə gedən yapon turistlərdə də görülüb.Bu vəziyyət mədəni şokun daha sərt və davamlı halı kimi qəbul edilir.O qədər yoğun hiss edilən bir təlaşdır ki, gerçəklik hissi tamamilə yoxa çıxır və hətta insan hallusinasiya görə bilir.Parisə hər il səfər edən 6 milyon turistdən sadəcə 20-si bu sindromdan təsirlənir.


Stockholm Sindromu

Bu sindrom qaçırılan insanın onu qaçıran insana qarşı simpatiya və bağlılıq hiss etməsi ilə ortaya çıxır.Bu sindroma qaçırdılma,təcavüz və oxşar vəziyyətlərdə rast gəlinir.

Maraqlısı budur ki, Stockholm sindromunun adı həqiqətən olmuş bir hadisədən gəlir.Bu İsveçdə, Stockholmda 1973-cü ildə baş verən bank oğurluğudur.Bu oğurluq zamanı girov götürülən insanlar onları girov götürənlərə o qədər bağlılıq hiss etdilər ki,məhkəmədə onların əleyhinə şahidlik etməyi rədd etdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 438 397 358 431 409

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.